HAKİMİYYƏTLƏ MÜXALİFƏT ARASINDA HESABAT DAVASI DÜŞÜB
Deputat Zahid Oruc hesabatdakı məqamlarla razılaşmadı: “Ötən dövrdə də həmin qurumların Azərbaycana yanaşması bəlli mənbələrin informasiyaları əsasında qurulub. İnsan haqlarının təminatına yönəlik dövlət kursu barədə heç zaman bir cümlə də olsun oxumamışam. ”Amnesty İnternational", “Human Rights Watch”, “Freedom House” kimi beynəlxalq insan haqlarına indeksləşmiş qurumlar mənfi tipajlı məlumatlar üzərində fəaliyyət aparıblar. Bunu geosiyasi fəaliyyətin bir elementi hesab ediblər. Müharibədən sonra onların fəaliyyət meyarları dəyişdi. Leyla Yunusun qəzetlərə söylədikləri həmin hesabatlarda yer alır və üzərimizə qayıdır. Bu hesabatlar insan haqları ilə məşğul olan təşkilatların bu mövzunu istismar edərək, maliyyə mənbələri taparaq fəaliyyət göstərməsinin nəticəsidir".
Bununla belə, Z.Oruc bildirdi ki, qərəzindən asılı olmayaraq istənilən təşkilatla əməkdaşlıq etmək lazımdır: “Əgər bu qurumlar da ölkədə prokurorluq və məhkəmə qurumları kimi çıxış edəcəklərsə, onda bu təşkilatların dövlətdən maliyyələşən mühüm bir qolunun funksiyası nədən ibarətdir? Leyla Yunus və başqaları qeyri-rəsmi prokurordurlarsa, sabah ikinci Qarabağ savaşı başlasa, ərazi bütövlüyü təmin olunsa, separatizmdə günahlandırılan ermənilər də vicdan məhbusu sırasında yer ala bilərlərmi? Hansısa məmurun, prokurorun fəaliyyətindən qaynaqlanan insan haqlarının pozuntusu faktlarının olması inkaredilməzdir. Bu dövlətin kursunun məhz insan haqlarının pozuntusuna yönəldiyini iddia etmək cəfəngiyyatdır. Belə olan halda Uoll Striti tutmaq istəyənləri, Böyük Britaniyada etirazçıların atlarla tapdanması, dəyənəklə döyülməsi faktlarını da hesabatlara salsınlar”.
Müsavat başqanının müavini Gülağa Aslanlı isə hesab edir ki, hesabat Azərbaycandakı real mənzərəni əks etdirir. G.Aslanlının fikrincə, Azərbaycan hakimiyyəti bu hesabatdan dərs götürməlidir: “Bu təşkilat hətta mitinq məhbusları ilə bağlı Müsavat Partiyası ilə əlaqə saxlayıb, məlumatlar əldə ediblər. Bu hesabatda şişirtmə halları yoxdu. Hətta ola bilsin ki, bizim istəklərimizi tam şəkildə ifadə etməyiblər. Azərbaycan iqtidarı hesabatda yer alan fikirləri qəbul etməkdən çox-çox uzaqdadır. Azərbaycanda kifayət qədər siyasi dustaqlar var. Azərbaycanın müstəqilliyinə səs verən, ”azadlıq" deyən insan həbsdə yatır. Azərbaycan hakimiyyəti hansı təşkilata təsir edə bilmirsə, o təşkilat obyektiv rəy verir".