İnsanlara hürriyət, millətlərə istiqlal!

HAKİMİYYƏT NİYƏ ƏSKİ SOVET METODLARINDAN İSTİFADƏ EDİR?

1206 18.11.2011 09:46 Siyasət A A
“Turan” agentliyinin siyasi şərhçisi Zəfər Quliyevin fikrincə, bu üsul daha asan olduğu üçün hökumət ondan istifadə edir. Ekspertin fikrincə, bundan daha rahat üsullar olsa da, kütləviliyi və ictimaiyyətə təsir imkanlarına görə bir çox hakimiyyətlər bu texnologiyadan hələ də istifadə edirlər: “Bu, necə deyərlər, daha asan yol olduğundan avtoritar rejimlər buna daha çox maraq göstərirlər. Sovet imperiyasında, Hitler Almaniyasında bu yola əl atıblar. Amma bundan da sadəsi var. Ən sadə yol rəqibləri məhkəməsiz öldürməkdir. Yəni hakimiyyət üçün zərərli, tənqidi fikirlər söyləyənləri ya zindana atır, ya da dar ağacından asırdılar, hakimiyyətin də ”başı ağrımırdı". Ancaq indiki dövrdə ən sadə yoldan istifadə etmək hakimiyyət üçün çətindir. Ona görə ki, Azərbaycan beynəlxalq təşkilatlara üzv olub, konvensiyalara qoşulub və təbii ki, üzərinə öhdəliklər götürüb. Ona görə də bizim avtoritar rejim digər daha sadə vasitələrə, sovet dövrünün texnologiyalarına baş vurur. Sovet texnologiyası sınanmış bir vasitədir, bu da ondan ibarətdir ki, arzu olunmayan şəxslərə qarşı xalqın adından etirazlar hazırlamaq. Əvvəlcə imza kampaniyası keçirilir, daha sonra isə ehtiyac yaranarsa, məhkəmə kampaniyası başlayır".
Z.Quliyevin sözlərinə görə, ziyalıların hakimiyyətin kampaniyasına qarşı müqavimət göstərməsi iqtidarın onlara qarşı təzyiqlərini artıracaq: “Ola bilsin, bu vəziyyət davam etsə, o zaman hakimiyyətin təqib etdiyi insanların siyahısı böyüsün. Sabah Ramiz Rövşənə, Eldar Namazova və başqa görkəmli ziyalılara qarşı xalqın, müxtəlif təşkilatların adından məktublar yazılsın, çıxışlar başlasın. Ancaq hakimiyyət bununla öz imicinə zərbə vurur. Eyni zamanda burda bir məqam da var ki, bu kimi kampaniyalar etirazları nəinki azaltmır, əksinə, artırır”.
Ekspertin fikrincə, hökumətin məhz əski texnologiyaları seçməsində komandanın aparıcı şəxslərinin sovet kadrları olması da rol oynayır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR