“HAKİMİYYƏT MƏNƏVİ DEQRADASİYAYA UĞRAMIŞ ŞƏXSLƏRİ QABAĞA VERİB”
Məsələyə münasibət bildirən AXCP sədrinin müavini Fuad Qəhrəmanlının fikrincə, ilk növbədə YAP-ın öz namizədlərini 31 saylı Suraxanı və 15 saylı Yasamal dairəsindən geri çəkməsi onu göstərdi ki, hakimiyyət müxalifətlə bu dairələrdə mübarizə aparmaq iqtidarında deyil: “Hakimiyyət bu dairələrdə müxalifət liderlərinin nüfuzunun yüksək olduğunu anlayıb, ictimai rəyi bu faktdan yayındırmaq üçün məhz cəmiyyətdə mənəvi cəhətdən deqradasiyaya uğramış və mənəvi-əxlaqi dəyərlərdən uzaq, siyasətdə çirkab axıtmaq vasitəsi kimi istifadə olunan şəxsləri həmin dairələrə göndərdi. Bununla həm «qara piar»dan istifadə etmək istəyirlər, həm də seçki mühitini korlamaq niyyətindədirlər”.
F.Qəhrəmanlı onu da əlavə etdi ki, hakimiyyət sözügedən dairələrdə seçkiqabağı əxlaq normalarını aşan şəxslərin vasitəsilə təbliğat aparmaqla seçiciləri seçkilərdən iyrəndirmək niyyəti güdür: “Bu, mənəvi terrorun nəticəsidir. Hakimiyyət cəmiyyətdə mənəvi baxımdan deqradasiyaya uğramış şəxslərin arxasında dayanıb təbliğat aparmaqla qisas almağa çalışır, Əli bəyə qarşı olan nifrətini ortaya qoyur. Ancaq siyasi baxımdan həmin şəxslərin bu dairələrdə namizəd kimi irəli sürülməsi uğursuzdur. Çünki onlar YAP üzvü, hakimiyyətin təmsilçiləri kimi çıxış edirlər. Bu, seçicilərin hakimiyyətə qarşı nifrət hissini və müxalifətə olan inamını artırır”.