İnsanlara hürriyət, millətlərə istiqlal!

Hakerlər Putin haqqında araşdırma yayınlamağa hazırlaşan kanalın saytını dağıtdılar  

394 29.03.2021 17:44 Qalmaqal A A

Avstraliyanın “9News Australia” (“Channel Nine”, “Nine Network”) kanalı saytda efirin dayanmasına səbəb olan kütləvi kiberhücuma məruz qalıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bununla bağlı telesənaye məkanında informasiya sahəsində ixtisaslaşmış “TVBlackbox” saytı məlumat yayıb.

Saytın xəbərinə əsasən, “9News Australia” kanalı “Under Investigation” adlı xüsusi araşdırma proqramını yayımlamağa hazırlaşırmış.

Həmin verilişdə Rusiya prezidenti Vladimir Putinin “Qərbdəki düşmənlərinə qarşı ölümcül kimyəvi silah kampaniyasından istifadə olunmasından” bəhs olunacaqdı.

“9News Australia” kanalı “Twitter” hesabından yaydığı informasiyada hakerlərin hücumunun kiberməkanda, əslində ümummilli miqyasda bir çox zəiflikləri üzə çıxardığını qeyd edib. Bunun hər hansı bir kriminal sabotaj və ya dövlətin fəaliyyəti nəticəsində baş verməsinə isə aydınlıq gətirilməyib.
Proqramın çokdürülməsindən sonra İT-mütəxəssislər istehsalat prosesini düzəldənə qədər “9News Australia”nın bütün əməkdaşları evə buraxılıb. Kanal Rusiya ilə bağlı bölümlərin hamısının çəkildiyini, artıq onun efirdə getməməsi üçün heç bir əngəl qalmadığını bildirib.

Təkcə 2020-ci ildə Avstraliya kiberməkanında 60 mindən çox iri hücum qeydə alınıb. 2018-ci ildə isə federal hökumət Rusiya Federasiyasını rəsmi olaraq “NotPetya” virusundan istifadə edərək haker hücumu təşkil etməkdə günahlandırmışdı.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR