İnsanlara hürriyət, millətlərə istiqlal!

Hakerlər məşhur şəxslərin məlumatlarını oğurladılar – “Samsung” çətin durumda...

727 12.01.2020 14:01 Texnologiya A A

Dünyaca məşhur kibertəhlükəsizlik üzrə ekspertlər Cənubi Koreya vətəndaşlarına hücum edən haker dəstəsini ifşa edib.

Musavat.com bu barədə “Star”a istinadən məlumat verir.

Xəbərə görə, cinayətkarlar "Samsung" smartfonlarında olan və hakerlərin öz aralarında “açıq qapı” adlandırdığı boşluqlardan yararlanıblar.

Anonimliyi qorunan hakerlər əsasən məşhur şəxslərin – siyasətçi, müğənni və fotomodellərin şəxsi hesablarına sızıblar.

hackers samsung ile ilgili görsel sonucu

Mütəxəssislərin sözlərinə görə, hakerlər “Samsung” istifadəçilərinin “bulud” məlumat saxlayıcılarına müdaxilə ediblər və telefon kitabçası, zəng tarixçəsi, SMS, fotoşəkil və videoyazıların olduğu faylları ələ keçiriblər.

Haker dəstəsi daha sonra öz qurbanları ilə müxtəlif messencerlər vasitəsilə əlaqə saxlayaraq pul tələb ediblər. Bundan imtina edən zərərçəkənlər isə əldə edilən şəxsi məlumatların internetdə dərc ediləcəyi ilə şantaj ediliblər.

hackers samsung ile ilgili görsel sonucu

Eksperlər cinayətkar qrupun bu günə qədər nə qədər istifadəçiyə hücum etməsi barədə dəqiq məlumata sahib deyillər.

Onlar qeyd ediblər ki, məşhur insanlara maraq böyükdür. Buna baxmayaraq fırıldaqçılar külli miqdarda pul qazanmaq üçün Cənubi Koreyadan kənarda yaşayan və adi həyat tərzi keçirən vətəndaşların smartfonlarına da müdaxilə edə bilərdilər.

Yayılan bu xəbərlər və faktlara “Samsung” şirkəti hələlik heç bir reaksiya verməyib.

Toğrul İsmayıl,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR