İnsanlara hürriyət, millətlərə istiqlal!

Hakan Fidan Abdullah Çatlımı? - Şəhər əfsanəsi ilə bağlı iddialara nöqtə QOYULDU

4607 06.06.2023 13:06 Gündəm A A

Türkiyə prezidenti Ərdoğanın yeni kabinetini açıqlaması ilə MİT-in keçmiş başqanı Hakan Fidan ən diqqət çəkən adları arasında olub.

Hakan Fidanın Xarici İşlər Naziri olması ilə uzun müddətdir şəhər əfsanəsi kimi dolaşan iddia ilə yenidən gündəmə gəlib.

Musavat.com xəbər verir ki, bir şəhər əfsanəsinə görə, Türkiyənin yeni xarici işlər naziri Hakan Fidanın əslində Abdullah Çatlı olduğu deyilir.

Sözügedən iddiaların həqiqət əks etdirirmi? 1996-cı ildə Susurlukda yol qəzasında həyatını itirən Abdullah Çatlının qızı Gökçen Çatlı ilə Hakan Fidanın doğum tarixlərini müqayisə edilib. Nəticə bütün bu iddiaları təkzib edir.

İddialara görə, 1996-cı ildə Susurlukda yol qəzasında dünyasını dəyişən Abdullah Çatlı əməliyyatla üzünü dəyişib və Hakan Fidan kimi həyatına davam edir. İkilinin oxşar üz cizgiləri bu iddiaları gücləndirsə də, Abdulla Çatlının qızının doğum tarixi ilə bağlı təfərrüatlar şayiələri təkzib etməyə kifayət edib.

İş o yerə çatıb ki, Abdullah Çatlının qızı Gökçen Çatlı 22 may 1975-ci ildə dünyaya gəlib. Hakan Fidan isə 1968-ci ildə anadan olub və hazırda 55 yaşındadır. Bu iddiaların doğru olması və Çatlının Hakan Fidan olması üçün 7 yaşında evlənib uşaq sahibi olmalıdır. Bu, bioloji cəhətdən mümkün olmadığı üçün “Hakan Fidan əslində Abdullah Çatlıdır” iddiaları boşa çıxıb.

Hakan Fidan'ın Abdullah Çatlı olduğu yönündeki şehir efsanesi bitirecek detay

Təqvimlər 3 noyabr 1996-cı ili göstərir... Axşam saatları, məkan Balıkəsir, Susurluk... Tarixə keçən Susurluk qəzası və Abdullah Çatlının ölümü...

Qeyd edək ki, bir vaxtlar hər kəsin maraqla izlədiyi "Kurtlar Vadisi" serialında da "Polat Alemdar" obrazının Abdullah Çatlını xarakterizə etdiyi deyilirdi.

Hakan Fidan'ın Abdullah Çatlı olduğu yönündeki şehir efsanesi bitirecek detay

Serialdakı İsgəndər Büyük obrazının üz dəyişmə əməliyyatı keçirən Polat Alemdar üçün “Bu oğlanın hər şeyi dəyişib, bir baxışları dəyişməyib" ifadələrini işlətməsi də gündəm olmuşdu.

Hakan Fidan'ın Abdullah Çatlı olduğu yönündeki şehir efsanesini bitirecek detay

Abdullah Çatlı kimdir?

Abdullah Çatlı 1 iyun 1956-cı ildə Nevşehir dünyaya gəlib.

O, mafiya lideri, dərin dövlət agenti olub. Abdullah çatlı Türkiyədə müxtəlif qətllərə görə mühakimə olunub. O, 12 sentyabr çevrilişindən sonra xaricə qaçıb və narkotik ticarəti ilə bağlı mühakimə olunub. Mafiya lideri 1996-cı ildə Susurlukda avtomobil qəzasında vəfat edib.

Abdullah çatlı 1977-ci ildə Ülkü Ocakları Ankara İl Başçılığına, 25 May 1978-ci ildə isə Ülkücü Gənclik Dərnəyinin sədr müavini seçilib.

1977-ci ildə Ankara Polis İdarəsi ona qarşı 6136 saylı qanunu pozmaq, polisə atəş açmaq və cinayət silahını gizlətmək ittihamı ilə hərəkətə keçib.

11 iyul 1978-ci ildə Bedrettin Cömertin qətlinin sifarişçisi kimi Ankara 5-ci Sülh Cəza Məhkəməsi onun həbsinə qərar verib. 1978-ci il avqustun 23-də Sakarya vilayətində tutularaq həbs edilib.

Abdullah Çatlı 12 sentyabr çevrilişindən sonrakı aylarda xaricə qaçıb. Bir müddət Bolqarıstan və Vyanada yaşayıb. 22 fevral 1982-ci ildə İsveçrədə Mehmet Özbay adına verilmiş saxta pasportla tutulub, lakin daha sonra sərbəst buraxılıb. Cinayətin siyasi mahiyyətinə görə Türkiyəyə ekstradisiya tələbi qəbul edilməyib.

MİT-in təqaüdçü üzvü Mehmet Eymür 2019-cu ildə bir qəzetə verdiyi müsahibədə deyib: "Abdullah Çatlı və komandası Avropada narkotiklərlə məşğul idi. Onların PKK ilə əlaqələri var idi. Mən onların fəaliyyətinə qarşı idim".

1985-ci ildə 7 il həbs cəzası aldığı Fransada olarkən Çatlı narkotik qaçaqmalçılığına görə İsveçrəyə ekstradisiya edilib. O, 1990-cı il martın 21-də İsveçrədəki Bostadel həbsxanasında saxlanılarkən qaçıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR