HADİSƏNİN İÇİNDƏ
Yapokratiya isə deyir Kroes bura xüsusi məqsədlə gəlmişdi, qərəzlidir, uğurlarımızı görmək istəmir, cibinə pul, çantasına kürü qoyduq, almadı, qoy getsin böhran içində olan Avropada acından ölsün və sairə.
Kroes prezident Əliyevlə görüşəndə ondan dustaqlarla görüşə icazə alıbmış, ancaq Ədliyyə Nazirliyi onu içəri buraxmayıb. Nəyə görə? Çünki bizdə Ədliyyə Nazirliyi müstəqil qurumdur, heç kimə tabeliyi yoxdur. Nə istəsə edə bilər. Yeri gəlmişkən, Azərbaycan da müstəqil dövlətdir. Bizim hamımız müstəqilik. Hətta mətbəxdə saxladığımız tarakanlar da müstəqildir. Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir. Fürsətdən istifadə eləyib bütün Binəqədi zəhmətkeşlərinə salam göndərirəm.
Harda qalmışdıq? Bəli, müstəqillikdə. Söhbət ondadır ki, yapokratiya gərək bu xanımı heç ölkəmizə buraxmayaydı. Siz niyə bunun soyadına fikir vermədiniz ki, axırda belə problem yarandı? Diqqət edin: Kroes! Sizə kimi xatırladır? Ay sağ olun, vaxtilə Qross soyadlı bir avropalı deputat var idi, günaşırı gəlirdi, bir tənqidi hesabat yazıb hökuməti bezdirirdi. Andreas Qross Avropa Şurasının Azərbaycan üzrə məruzəçiliyindən uzaqlaşanda yapokratiya elə dərindən nəfəs alıb sevinmişdi, həmin nəfəsin qazı burdan Texas ştatına çatıb tornadoya səbəb olmuşdu. Heç şübhəsiz, bu Kroesin Qrossla hansısa qohumluğu vardır. Bu, təxminən Əliyev soyadını Aliyev kimi yazmaqdır.
Ədliyyə Nazirliyi hələ ərinməyib Kroesi zindana nədən buraxmadığı haqda izahat verir. Bu, bizim müstəqilliyimizə yaraşmaz. Niyə izahat verirsən, denən əcəb eləmişəm, qoy yanıb tökülsün. İzahat isə çox maraqlıdır: deyir, gərək biz əvvəlcədən zindanda hazırlıq aparaydıq, prosedur qaydaları var, təhlükəsizlik gözlənməlidir və sairə. Yəni deyir birdən hansısa dustaq atılıb Kroesi bıçaqlayardı. Ya da ədliyyə işçiləri Kroesin çantasına narkotik atıb ordaca tutardılar. Yaxud, qəfil vərəmli dustağın biri bunun üzünə “hah” eləyərdi, adam vərəmə yoluxardı. Baxırsan ki, nazirlik haqlıdır. Bizim həbsxanalar çox təhlükəli yerdir.
Sevindirici haldır ki, bu hazırlıq, peşəkarlıq məsələləri paytaxtımızda keçirilən başqa tədbirdə diqqət mərkəzində olmuşdur. ATƏT, polis, jurnalistlər, hökumət nümayəndələri birlikdə “İctimai nümayişlər zamanı jurnalistlərin təhlükəsizliyi” mövzusunda tədbir qayırmışlar. Doğrudur, bizdə ictimai nümayişlər ümumiyyətlə qadağan olunmuşdur və eyni məntiqlə “Azərbaycana sunami gəlsə maldarlar nə etməlidir” mövzusunda beynəlxalq konfrans da qayırmaq olardı. Ancaq ehtiyac igidin yaraşığıdır, nə biləsən, bəlkə sabah birdən nümayiş oldu?
Tədbir zamanı qeyd olunub ki, bəzən jurnalistlər özlərini yaxşı aparmır, küçədə mülki geyimli polisi tutub döyür. Halbuki, jurnalist polisi ancaq sarı gödəkçə geyinib döyə bilər. Döyülən polislərdən Süleyman Nemətovun, Ata Abdullayevin rentgen şəkilləri, sümüklərindəki sınıqlar tədbirdə göstərildi, bu zaman ATƏT media nümayəndəsi Dünya Miyatoviçin ürəyi getdi.
Yaxud, müxalifət etiraz aksiyası keçirdir, bu zaman bəzi jurnalistlər yaxşı yer seçmir, hadisənin mərkəzinə girir və yenə yazıq polisləri döyürlər. Peşəkar jurnalist polisi döyməz. Onu qucaqlayar, bağrına basar, öpər, sığallayar. Yer məsələsinə gələndə, tədbirdə jurnalistlərə bu yöndə praktik məsləhətlər verilmişdir. Misal üçün, əgər Bakının Fəvvarələr bağında mitinq olacaqsa, jurnalistlər bunu işıqlandırmaq üçün Şahdağ zirvəsinə çıxmalıdır. Murov silsiləsindəki Camış dağı da məsləhətdir. Yuxarıdan bax, şəklini çək, hadisələri izlə, lazım gəlsə ordan da Daşkəsənə get, icra başçısı Əhəd Abıyev sənə qoyun kəssin. Yoxsa hadisənin içinə girib itələşmək nəyə lazımdır?
Hadisəyə, yeri gələndə, heç nəqliyyat nazirinin oğlu girə bilmir, jurnalistlər ondan artıqdır?