İnsanlara hürriyət, millətlərə istiqlal!

Hacıbala Abutalıbovun yeni tualetləri: qiymət 30 qəpik - FOTOLAR

6066 19.12.2015 22:10 Ölkə A A


Bakı Şəhər İcra Hakimiyyəti paytaxt Bakıda yeni tualetlərin quraşdırılmasına başlayıb.

Musavat.com xəbər verir ki, tualetlər əsasən metro stansiyalarının çıxışlarında və parklarda yerləşdirilir.

Hazırda "Neftçilər", "Qara Qarayev" metrostansiyalarının çıxışlarında tualetlər quraşdırılıb. Sahil bağında da bir müddət əvvəl belə tualetlər quraşdırılıb.

Xatırladaq ki, "Bakı Metropoliteni" QSC yaradıldıqdan sonra metro stansiyalardakı tualetlər ictimai istifadəyə bağlanmışdı. İndi BŞİH tərəfindən metro stansiyalarının yaxınlığına yeni tualetlər quraşdırılır.

Qeyd edək ki, bu tualetlərdən istifadə haqqı 30 qəpikdir.

Xalq arasında isə bu tualetlərə "Hacıbalanın tualetləri" deyirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR