İnsanlara hürriyət, millətlərə istiqlal!

Hacı Zeynalabdin Tağıyev haqqında film "Toronto WideScreen Film Music Video" festivalında- Mükafata layiq görüldü FOTO VİDEO

868 11.07.2024 12:06 Mədəniyyət A A

 

Azərbaycanın tanınmış xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevdən bəhs edən “100 il şərəfli ömür” filmi Kanadanın Toronto şəhərində keçirilən WideScreen Film & Music Video festivalında "Fəxri ad" mükafatına layiq görülüb

Bu festivala dünyanın fərqli mədəniyyətlərinin tanıdılması mövzusunda çəkilmiş filmlər qəbul edilir.

Ekran əsərinin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüsseri Cəlaləddin Qasımov bildirib ki, filmin çəkilməsində əsas məqsəd Hacı Zeynalabdin Tağıyevi geniş coğrafiyada tanıtmaq, həm də onun timsalında ölkəmiz haqqında insanlara geniş məlumatlar verməkdir.

Toronto şəhərində keçirilən WideScreen Film & Music Video festivalında ssenari müsabiqəsi keçirilir.
“İkinci Ömür” tammetrajıi bəddi filmin ssenari də FƏXRİ AD mükafatına layiq görülüb. Çox təəssüf hissi ilə qeyd edirik ki, bu film keçmiş Mədəniyyət Nazirinin vaxtında keçiriləm müsabiqədə bəyənilməmişdir. Eyni zamanda onu da qeyd edim ki, əvvəlki Mədəniyyət Nazirinin vaxtında beş bədii filmin ssenarisini müsabiqəyə göndərdim. Amma heç birinin ssenarisini bəyənmədilər. Bildirim ki, bu beş filmi çəkmək üçün banklardan kredit götürərək öz hesabımıza istehsal etdik. Nəticədə, Beynəlxalq Festivallarda ssenariyə görə 200 -dan çox mükafatlar qazandıq.

 

305051741_622009296159886_8289608143651181826_n.jpg (161 KB)

Əlavə olaraq qeyd edim ki, biz, Azərbaycanı dünyada tanıtmaq üçün filmlər çəkirik və istəyimizə də tədricən nail oluruq. Çəkdiyimiz filmlər dünya distributorları tərəfindən 17 beynəlxalq platformaya yerləşdirilib və dünya film bazarında özünə layiqli yer tutub. Dünya mediasında ekran əsərləri barədə geniş məlumatlar yazılıb. Dövlət tərəfindən dəstək olsaydı, daha böyük uğurlar əldə edərdik.

Hacı Zeynalabdin Tağıyevdən bəhs edən “100 il şərəfli ömür” filminin çəkilmə səbəbləri ilə bağlı fikirlərini bölüşən C.Qasımov deyib: “Hacı Zeynalabdin Tağıyev harada yaşamasından asılı olmayaraq soydaşlarının imdadına çatıb, Azərbaycan xalqının maariflənməsi, istedadlı insanların yüksək təhsil alması, kütləvi savadsızlığın aradan qaldırılması, ölkədə iqtisadiyyatın hərtərəfli inkişafının təmin olunması, habelə milli kadrların hazırlanması üçün zəruri tarixi missiya həyata keçirib. Hələ Bakı Dövlət Universitetində oxuduğum illərdən başlayaraq, bu görkəmli sahibkar və xeyriyyəçi haqqında çoxlu məlumatlar əldə etmişdim, bir sözlə, onunla bağlı çap olunan bütün materialları yığmışdım. Amma ağlıma da gəlməzdi ki, nə vaxtsa bu sənədlər, kitablar, fotoşəkillər mənim sənədli filmimin qəhrəmanına çevriləcək”.

O, söhbət zamanı XX əsrin əvvəllərində baş verən tarixi, siyasi proseslərə, eləcə də böyük xeyriyyəçinin həyatının müxtəlif məqamlarına güzgü tutan kadrların Almaniya arxivlərindən əldə edilməsinə böyük zaman sərf etdiyini bildirib.

449652681_18442979923052682_6977943990470496819_n.jpg (90 KB)

C.Qasımov söyləyib ki, ekran əsərinin gələcəkdə müxtəlif beynəlxalq festivallarda nümayişi haqqında da düşünür: “Ekran əsəri vasitəsilə azərbaycanlı milyonçunun ötən əsrin əvvəllərində xalqının inkişafı naminə gördüyü çoxsaylı işləri geniş auditoriyaya çatdırmaq bizim üçün faydalıdır. Bu, insanları faydalı işlər görməyə, gənc nəsildə vətənpərvərlik hisslərini daha da yüksəltməyə hesablanmış bir addımdır”.

Ssenarisi üzərində üç ildən çoxdur işlədiyini söyləyən C.Qasımov, həm tələbəlik illərində, həm də sonradan əldə etdiyi məlumatların onda əminlik yaratdığını vurğulayıb: “Elə bu məqsədlə 36 dəqiqəlik bədii-sənədli filmdə əsas kadrların 30 faizini o dövrdəki köhnə kadrlar təşkil edir. Digər kadrlar Almaniyadan əldə olunub və Rusiyanın Sankt-Peterburq şəhərində yenidən canlandırılıb. Bütün bunlar əsasən beynəlxalq festivallar üçün nəzərdə tutulub”.

Ssenarist əlavə edib ki, ekran əsərində Hacı Zeynalabdin Tağıyevin Stalinlə görüşlərindən, Nobel qardaşlarının ən böyük rəqiblərindən birinin Hacı Zeynalabdin olmasına baxmayaraq, ata Nobelin Hacıya böyük hörmətindən, Hacının reallaşdırdığı bütün xeyriyyə işlərində Nobel qardaşlarının iştirakından söhbət açılır. Həmçinin Hacının Musa Nağıyevlə dostluğuna da filmdə xüsusi yer ayrılıb. Ekran əsərində Bakıda XX əsrin əvvəllərində baş verən tarixi hadisələrə də toxunulur.

Filmin redaktoru Əkbər Qoşalı olan sənədli filmdə mətni Xalq artisti Eldost Bayram oxuyub.

 

 

 

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR