İnsanlara hürriyət, millətlərə istiqlal!

"Hacı İlqara qarşı aparılan kampaniya, hətta ən antimüsəlman xristian ölkələrində də aparılmır"

927 04.04.2013 23:53 Son xəbər A A
Son günlər DEVAMM sədri Hacı İlqar İbrahimoğluna qarşı bəlli mediada  kampaniya başladılıb. Buna səbəb Hacı İlqar İbrahimoğlunun "Roma Papası, Qafqaz Müsəlmanlar İdarəsi, dünyada və ölkədə dini durum və digər barədə" müsahibəsi olmuşdur. Məsələ ilə bağlı Deyerler.org-a münasibəti açıqlayan politoloq Ərəstun Oruclu bildirib: "Hacı İlqar İbrahimoğlu Azərbacanın inanclı kəsimində ən çox hədəfə gələn şəxsdir, bu da təbiidir. Çünki o, təkcə dini fəaliyyətilə deyil, ilahiyyatçı fəaliyyəti ilə deyil, həm də vətəndaş cəmiyyəti fəalı kimi ümumilikdə ictimai fəaliyyətlə məşğuldur. İctimai Palata KŞ üzvü kimi siyasətlə məşğuldur və ümumiyyətlə tanınmış liberal din xadimidir. Ən çox sevilməyən din xadimləri də liberal yanaşması olan, yalnız dini dəyərlər uğrunda mübarizə aparmayan və insan hüquqlarına daha geniş konteksdə yanaşan inanclı insanlar olur. Çünki belələri təhlükə mənbəyi də hesab olunur. Belələri hesab olunur ona görə ki, dinin, inancın onlara hücum edənlərin gözlədikləri "siması"nı təqdim eləmir. Fikrimi bir qədər də açıqlayım: yəni bildiyimiz kimi bu gün Azərbaycanda inanclı kəsimə və dindar insanlara qarşı çox geniş bir kampaniya aparılır. Hətta bu kampaniya artıq elə formalar alıb ki, ən antimüsəlman xristian ölkələrində belə bu cür kampaniya yoxdur. Hər halda mən belə kampaniya xatırlamıram. Burada da bu kampaniyanı aparanlar üçün ən asanı deyək ki, hansısa bir dindarı, siyasiləşmiş ruhanini göstərib cəmiyyətə aşılamaq ki, baxın İslam budur, baxın müsəlman budur. Amma Hacı İlqar öz yanaşması ilə bu motivasiyanı bu insanların əlindən alır və buna görə də onların qəzəbinə tuş gəlir. Bu təbiidir. Amma güman etmirəm ki, bununla Hacı İlqar cəmiyyətdə, inanclı kəsimdə olan nüfuzunu itirir. Mənə belə gəlir ki, onun özünün apara bilmədiyi və yaxud istəmədiyi piarı (PR-ı, red.) onun əvəzindən bu şəklidə aparırlar ki, qara PR-ın özü də PR-dır".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR