İnsanlara hürriyət, millətlərə istiqlal!

“Hacı Əmrulla və Məşədi Vaqif Milli Şuraya ağsaqqallar kimi qəbul olunub”

1767 24.06.2013 09:36 Siyasət A A
O deyib ki, Bakı Kəndlər Birliyi 2002-ci ildə fəaliyyətini dayandırıb, o vaxtdan bəri də fəaliyyət göstərmir: “Birliyin heç bir iclası, qurultayı olmayıb. İndi bu adamlar necə gedib birliyin adından Milli Şuraya qoşulurlar axı?”
Xoşqədəm Cəbrayıloğlu bildirib ki, Hacı Ə.Dadaşov BKB-nin heç bir üzvünə Milli Şuraya qoşulmaq niyyətləri ilə bağlı məlumat verməyib: “Bu xəbər yayılandan sonra mənə onlarla adam zəng edib, öz etirazlarını bildirib ki, Hacı Əmrulla bizim adımızdan nə haqla danışıb?”
“Reytinq” qəzetinə açıqlama verən BKB-nin MNTK sədri, Mədəniyyət Nazirinin keçmiş müavini Məlahət Babayeva da etiraz edib. BKB səlahiyyətlisi bildirib ki, həmin şəxslər MŞ-yə qurumun adından getməyiblər. M.Babayeva həmçinin bu məsələdə Eldəniz Quliyevin və AXCP sədrinin adını hallandıraraq bu şəxsləri bölücülük yaratmaqda ittiham edib.
Məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlama verən Eldəniz Quliyev M.Babayevanın qərəzli olduğunu bildirdi. E.Quliyev BKB-nin artıq mövcud olmadığını, MŞ-yə üzv olan şəxslərin kənd ağsaqqalları kimi qəbul olunduğunu qeyd etdi: “Bu qadının açıqlamalarına münasibət bildirməyi münasib bilmirəm. Siz də şahid oldunuz ki, Bakı Kəndlər Birliyi üzvləri Milli Şuraya səsvermə ilə qəbul olundular. Burda heç bir prosedur qaydası pozulmadı. İkincisi isə Bakı Kəndlər Birliyi əslində mövcud deyil, biz o ağsaqqalları Bakı kəndlərinin nümayəndəsi kimi qəbul elədik, nəinki BKB nümayəndələri kimi. Məlahət öz ampluasındadır, yenə də Əli Kərimliyə, mənə, bir azdan sonra, heç şübhə eləməyin ki, İsa Qəmbərə çamur atmaqla məşğul olacaq. Özü bilər, Allahı bilər. Bir də ki, əgər Bakı kəndləri, ağsaqqallar adından belə bir qadın danışırsa, o zaman mənim heç bir sözüm yoxdur”.
E.Quliyev M.Babayevanın BKB adından açıqlama verməsinin doğru olmadığını deyir: “Ola bilsin ki, onu narahat edən nəsə var. Çox təəccüblüdür ki, mənim Bakı Kəndlər Birliyi ilə Hacı Cəbrayıldan üzü bəri çox yaxın münasibətlərim olub. Və onların hamısının həmin qadına münasibəti müsbət olmayıb. Ümumiyyətlə, o qadının Bakı Kəndlər Birliyi adından danışmağa nə mənəvi, nə də hüquqi ixtiyarı var”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR