İnsanlara hürriyət, millətlərə istiqlal!

Hacı Əliyev mundialda uduzdurulub, hakimlərlə arasında qalmaqal olub - Video

2072 19.09.2019 10:58 İdman A A

Qazaxıstanın paytaxtı Nursultandakı dümya çempionatında Azərbaycanı təmsil edən sərbəst güləşçi Hacı Əliyev ilk görüşünə çıxıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 65 kq çəki dərəcəsində yer alan titullu pəhləvan təsnifat mərhələsində rusiyalı Hacımurad Rəşidovla üz-üzə gəlib.

İlk hissədə Əliyev hesabda geri düşsə.də, ikinci yarıda vəziyyəti öz xeyrinə dəyişib - 2:1. Lakin sona doğru Rəşidov önə çıxıb - 3:2. Bununla belə, Əliyev daha 2 fəndlə önə çıxıb. Lakin Rusiya tərəfi etirazından sonra videotəkrara baxılıb. Nəticədə Əliyevin 2 xalını sildirib. Hakimlərin qərarı ilə azərbaycanlı pəhləvan uduzdurulub - 2:4.

Qərardan narazı qalan Əliyev qırmızı vərəqəni hakimlərə tərəfgösrərib. Ona isə hakimlər qırmızı vərəqə göstərərək diskvalifikasi ediblər. Əliyev daha sonra hakimlərin üzərinə getmək istəyib. İşə yerli polisrlər qarışıb. Yalnız bundan sonra üçqat dünya çempionu çölə çıxıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR