İnsanlara hürriyət, millətlərə istiqlal!

Haaqada Rusiya və Ukrayna XİN-i rəhbərlərinin görüşü olub

1719 24.03.2014 23:43 Dünya A A
Bu gün Haaqada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukrayna xarici işlər naziri səlahiyyətlərini icra edən Andrey Deşşitsa arasında görüş olub.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, Lavrov Ukraynanın bütün regionları əhatə edəcək irimiqyaslı konstitusion islahatlara ehtiyacı olduğunu bəyan edib.
 
Həmçinin, rusiyalı nazir bildirib ki, onun ölkəsini heç kim “Böyük səkkizlikdən” xaric edə bilməz. “G-8 qeyri-formal bir klubdur, üzvlük haqqında sənəd orada heç kim üçün yazılmır. Ona görə də “Böyük səkkizlikdən” kimisə qovmaq mahiyyətcə mümkün deyil”, - deyə Lavrov bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR