“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova şərab hədiyyə olunub.
Musavat.com xəbər verir ki, bu, futbol üzrə Çempionlar Liqasının II təsnifat mərhələsində Gürcüstan təmsilçisi “Samtredia” ilə ilk oyundan əvvəl təşkil edilən mətbuat konfransında baş verib.
Gürcüstandan Bakıya səfər edən georgiaonline.ge saytının əməkdaşı 45 yaşlı mütəxəssis Tengiz Paçkoriya Azərbaycan dilində salamlayıb və öz hədiyyəsini təqdim edib. Lakin şərabı Ağdam klubunun mətbuat katibi Nurlan İbrahimov qəbul edib.
Q.Qurbanov əcnəbi jurnalistə təşəkkür edərək, inanclı bir insan olduğunu və şərab içmədiyini bildirib. O, Gürcüstan xalqına böyük hörmətinin olduğunu ifadə edib.
Qeyd edək ki, iyunun 11-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Samtredia” oyunu saat 21:00-da başlayacaq.
Məhəmməd Türkmən
Musavat.com
Fotolar müəllifindir






