İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanın qanuni oğruları Yunanıstanda yığıncaq keçiib - "oğru" olmaq istəyən şəxs döyülüb

1506 29.03.2021 15:16 Kriminal A A

Gürcüstanlı “qanuni oğru”lar Yunanıstanda yığıncaq keçiriblər.

Musavat.com “lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə “Praym Taym” agentliyinin baş redaktoru Viktoriya Gefter məlumat yayıb.

Onun sözlərinə görə, toplantıya əsas səbəb 46 yaşlı Zviad Papiaşvilinin “qanuni oğru” ünvanını almaq istəyi olub. Zviad Papiaşvilinin sözlərinə görə, o, hələ 2008-ci ildə həbsxanada bərk döyülüb və bu sınaqdan uğurla çıxıb.

Lakin Yunanıstandakı iclasda kriminal dairələrdə “Koka” deyə bilinən 58 yaşlı Nikolay Şalibaşvili Zviad Papiaşvilini yumruqla vurub. Rəqibinə heç bir müqavimət göstərməyən Z.Papiaşviliyə ad verilməkdən imtina olunub. Bununla da onun kriminal aləmdə avtoritet ünvanı qazanmaq şansı itib.

Viktoriya Gefterin sözlərinə görə, Rusiyanın bir nömrəli avtoriteti hesab olunan Zaxari Kalaşov (Şakro Molodoy) insidentdən xəbər tutan kimi “Koka”nın tərəfini tutub və onun “hər halda nahaqdan zərbə vurmadığını” qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR