Gürcüstanın müxalifət lideri: “Rusiyadan qaz asılılığına düşmək fəlakət olacaq”
“Qazprom” Gürcüstanın maraqlarına təhlükədir.
Musavat.com-un gürcü qaynağına istinadən verdiyi xəbərə görə, belə bir xəbərdarlıqla “Yeni sağlar” hərəkatının lideri Manana Naçkebiya çıxş edib.
Onun sözlərinə görə, hakimiyyət bunu yaxşı dərk eləmədir, çünki hətta əlavə qazdan ötrü Rusiyadan qaz almaq Gürcüstanın təhlükəsizliyi üçün olduqca böyük təhlükədir.
Müxalif siyasətçi bildirib ki, illər boyu “Yeni sağlar” strateji obyektlərin Rusiyaya satılması əleyhinə çıxış edib.
“Biz bu gün də hesab edirik ki, belə anlaşmalar – Rusiyadan əlavə qaz almağa razılıq verilməsi, Moskvadan energetik asılılıq Gürcüstan üçün çox təhlükəlidir.
“Qazprom”la danışıqların siyasi xarakter daşıdığını həm də ondan görmək olar ki, onun rəhbəri Aleksey Miller yalnız ölkələrin baş nazirləri ilə görüşdüyü halda, nazir Kaladze ilə bir araya gəlməyə vaxt tapıb” - əlavə edib Naçkebiya.
Musavat.com






