İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanın hakim partiyasının prezidentliyə namizədinin nə vaxt açıqlanacağı məlum olub

694 20.04.2018 18:25 Dünya A A

Gürcüstanın hakim “Gürcü Arzusu” Partiyası prezidentliyə namizədini iyul və ya avqust ayında açıqlayacaq.

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə parlamentin spikeri İrakli Kobaxidze bildirib. O deyib ki, namizədin adının açıqlanması hələ tezdir: “Namizədlə bağlı hələlik yalnız ilkin məsləhətləşmələr aparılıb. Müzakirələr davam edir və onların əsasında biz prezidentliyə namizədi seçəcəyik”.

Qeyd edək ki, Gürcüstanda prezident seçkiləri bu ilin oktyabrında keçiriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR