İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanın daxili işlər naziri ölkə parlamentinə müraciət edib

2850 24.06.2019 21:10 Dünya A A

Gürcüstanın daxili işlər naziri Giorgi Qaxaria ölkə parlamentinə yazılı formada müraciət edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

DİN rəhbəri parlamentdə iyunun 20-21-də Tbilisinin Rustaveli prospektində baş vermiş hadisələrlə əlaqədar olaraq plenar iclasın keçirilməsini tələb edib.

Qeyd edək ki, son günlər Tbilisidə keçirilən etiraz aksiyalarının əsas tələblərindən biri G.Qaxarianın istefa verməsidir. Bu gün paytaxtda bu tələblə avtomobil yürüşü və DİN-in inzibati binaları qarşısında aksiya keçirilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR