İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanın baş naziri Azərbaycanla sərhəd məsələsi haqda: "Çətin olacaq..."

1166 06.05.2019 15:00 Region A A

Gürcüstanın baş naziri Mamuka Baxtadze proqnozlaşdırır ki, Gürcüstan-Azərbaycan sərhədinin razılaşdırılmamış məntəqələrinin delimitasiyası və demarkasiyası çətin olacaq, lakin nəticədə, uğurla başa çatacaq.

Virtualaz.org “GEORGIAinform”a istinadən xəbər verir ki. hökumət başçısı bunu “İmedi” teleşirkətinin efirində bildirib.

Baş nazir məlumat verib ki, yaranmış vəziyyətin həlli məqsədilə müvafiq idarələrin təmsilçilərindən ibarət xüsusi komissiya yaradılacaq, lakin konkret nəticələrin əldə olunana qədər adi hərəkət qaydası qüvvədə olacaq.

“Azərbaycanlı həmkarlarla birgə işləyəcək komissiyanın tərkibi hökumətin ən yaxın iclasında təsdiq ediləcək”, - Baxtadze əlavə edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR