İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanın Baş naziri: “Azərbaycanla Ermənistan arasında gələcək görüşlərə ev sahibliyi etməyə hazırıq”

310 16.07.2022 22:55 Region A A

Gürcüstan Azərbaycanla Ermənistan arasında gələcək görüşlərə ev sahibliyi etməyə hazırdır.

Musavat.com “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili tviter hesabında yazıb.

“Gürcüstan bölgəmizdə süh və sabitliyə töhfə verən dialoq formatında öz müsbət rolunu oynamağa sadiq qalır”, - Baş nazir vurğulayıb.

Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin bu gün Tbilisidə baş tutan görüşünü alqışlayan hökumət başçısı Tbilisinin iki ölkə arasında gələcək görüşlərə də ev sahibliyi etməsinə hazırlığını ifadə edib: “Sülh xalqlarımızın firavanlığı üçün mütləq vacibdir”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR