İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanda tikintidə çalışan Azərbaycan vətəndaşı yıxılaraq ağır xəsarətlər alıb

314 28.10.2019 16:53 Kriminal A A

Gürcüstanın Kutaisi şəhərində tikinti meydançasında ötən gün bədbəxt hadisə baş verib.

“Report”un yerli bürosunun xəbərinə görə, tikilən binada çalışan fəhlə dördüncü mərtəbədən yıxılaraq ağır sınıq xəsarətləri alıb.

Həmin şəxsin Azərbaycan vətəndaşı olduğu müəyyən olunub. Kutaisi Referal Xəstəxanasında onun üzərində bir neçə əməliyyat aparılıb, vəziyyəti ağır qiymətləndirilir.

Azərbaycan vətəndaşının tikintidə bir həftə çalışdığı bildirilir. Bina Gürcüstan Daxili İşlər Nazirliyinin sifarişi əsasında inşa olunur.

Fəhlə təhlükəsizlik qaydalarına riayət etməyib və yıxılıb.

Faktla bağlı istintaq aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR