İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanda hərbi xidmət müddəti azaldılır

1427 09.06.2022 21:57 Region A A

Gürcüstanda hərbi xidmət müddətinin 12 aydan 8 ayadək azaldılması planlaşdırılıb.

“Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze parlamentdə çıxışı zamanı bildirib.

Nazir deyib ki, bu məqsədlə çağırışçılar üçün Milli Hərbi Xidmətin yaradılması nəzərdə tutulub.

C.Burçuladzenin sözlərinə görə, milli hərbi xidməti yalnız Müdafiə Nazirliyi sistemində keçmək mümkün olacaq. O, xidmət dövründə gənclərin yüksək səviyyədə ilkin döyüş hazırlığı əldə etmək imkanının olacağını vurğulayıb.

Qeyd edək ki, Gürcüstan qanunvericiliyinə əsasən ölkə vətəndaşı olan 18-27 yaş arasındakı kişilər 12 aylıq həqiqi hərbi xidmət keçməlidirlər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR