İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanda dörd telekanal baş nazirin istefası tələbi ilə yayımı dayandırdı

440 14.07.2021 17:29 Region A A

Gürcüstan televiziya kanalları “Mtavari Arkhi”, “TV Pirveli”, “Formula” və “Kavkasia” ölkənin baş nazirinin istefası tələbi ilə yayımı dayandırıblar.

Bu barədə “Mtavari Arkhi”nin bəyanatında deyilir.

Kanalların qara fonunda Tbilisidə 5 iyulda baş verən qarşıdurmalarında zərərçəkən 53 jurnalistin və operatorların siyahısı görünür.

Qeyd edək ki, hadisədən sonra 8 iyul tarixində xəstəxanadan çıxan operator Aleksandr Laşkarava 11 iyul tarixində səhər evində ölü tapılıb. Operatorun ölümü Gürcüstan cəmiyyətində böyük rezonans doğurub. Onun ölümündən sonra ölkədə kütləvi etirazlar dalğası baş qaldırıb. Etirazçılar baş nazirin və hökumətin istefasını tələb edirlər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR