İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanda azərbaycanlı fermerin mal-qarası kütləvi tələf olub

638 09.05.2019 22:02 Hadisə A A

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun Qızılhacılı kəndində mal-qara arasında kütləvi tələfat baş verib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, kənd sakini İlqar Qaxacova məxsus 100-ə yaxın iribuynuzlu mal-qara bu gün zəhərlənərək ölüb.

İ.Qaxacovun bildirdiyinə görə, heyvanları müalicə etmək məqsədi ilə bu gün onları dərmanla yuyub. Bundan bir neçə saat sonra çox sayda mal-qara yerə yıxılaraq can verib. Mal-qara sahibi sağ qalan heyvanları kəsmək məcburiyyətində qalıb. İ.Qaxacov mal-qaranı bankdan götürdüyü kredit hesabına aldığını bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR