İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan vətəndaşları cari ilin 11 ayında xarici ölkələrdə 1,5 milyard lari pul xərcləyiblər

590 24.12.2018 16:42 Son xəbər A A

Gürcüstan vətəndaşları cari ilin 11 ayı ərzində xarici ölkələrdə, o cümlədən Azərbaycanda 1,5 milyard lari (təxminən 576 milyon dollar) pul xərcləyiblər.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Bankı məlumat yayıb.

Bu rəqəm Gürcüstan bankları tərəfindən verilmiş kartlar vasitəsilə həyata keçirilən xərcləri əks etdirir.

Məlumatda bildirilir ki, gürcülərin cari ildə xarici ölkələrdə xərclədikləri vəsait 2017-ci ilin eyni dövrü ilə müqayisədə 31 faiz çoxdur.

Ötən il gürcülər xarici ölkələrdə 1,2 milyard lari (461 milyon dollar) pul xərcləyiblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR