İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan parlamenti Saakaşvili rejimini cinayətkar hesab edən qanun layihəsini qəbul etmədi

779 22.02.2019 21:42 Region A A

Gürcüstan parlamenti keçirdiyi plenar iclasında keçmiş prezident Mixail Saakaşvili rejimini cinayətkar hesab edən qanun layihəsini qəbul etməyib.

Musavat.com Gürcüstan mediasına istinadən xəbər verir ki, sənəd özünü “Vətənpərvərlər alyansı” adlandıran və müxalifət təşkilatı kimi göstərən partiyanın deputatları tərəfindən hazırlanıb və “Saakaşvili-Bokeriya rejiminin cinayətkar elan olunması haqqında” adlanıb.

Qeyd edək ki, Qiga Bokeriya Mixail Saakaşvilinin keçmiş siyasi ortağı sayılır. Onlar birlikdə “Vahid milli hərəkat” partiyasının liderləri olublar. Lakin sonradan aralarında yaranan anlaşılmazlıq səbəbindən Q.Bokeriya və onun bir sıra tərəfdarı VMP-ni tərk edərək, “Avropa Gürcüstanı” adlı partiya qurublar.

Yuxarıda adıçəkilən akta gəlincə, burada “Vahid milli hərəkat”ın iqtidarda olduğu illərdən “avtoritar və cani” deyə bəhs edilir və onların fəaliyyətinin araşdırılması, habelə günahkarların cəzalandırılması tələb olunur. Sənəddə ölkə prokurorluğuna 6 ay ərzində və ilin sonunadək keçmiş iqtidarın bütün rəhbərlərinə qarşı cinayət işinin başlanmasının həvalə edildiyi göstərilib.

Layihənin 45 deputat tərəfindən dəstəklənməsinə rəğmən o, səsvermədən keçmiş sayılmayıb.

“Biz qətnamənin ümumi məzmununu dəstəkləyir, o cümlədən 2004-2012-ci illərdə hökm sürən rejimin cinayətkar olduğunu qəbul edirik. Lakin sənədin hüquqi hissəsi ilə bağlı iradlarımız var. Əgər, onlar da düzəldilsə, yenidən baxa bilərik”, - deyə parlamentin spikeri İrakli Kobaxidze jurnalistlərə bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR