İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan iqtisadiyyatına xarici investisiya qoyuluşu 24% azalıb

335 09.12.2020 15:25 İqtisadiyyat A A

Bu ilin III rübündə Gürcüstan iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyaların məbləği 302,6 milyon ABŞ dolları təşkil edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrünə nisbətən 23,6% azdır.

İyul-sentyabr aylarında Gürcüstana ən çox sərmayə yatıran ilk üç ölkə Böyük Britaniya (117,7 milyon dollar), Niderland (79,3 milyon dollar) və ABŞ (24,2 milyon dollar) olub.

Hesabat dövründə investisiyaların böyük hissəsi maliyyə, energetika və istehsal sahələrinə yönəldilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR