İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan baş naziri İrəvanda

854 15.10.2019 22:10 Gündəm A A

 

Qaxaria və Paşinyan isti mesajlar verib, iki ölkə arasında iqtisadiyyat və mədəniyyət sahəsində əməkdaşlığın dərinləşcəyini bildiriblər

Oktyabrın 15-də Gürcüstanın Baş Naziri Giorgi Qaxaria Ermənistanda rəsmi səfər edib. İrəvanda erməni baş nazir Nikol Paşinyanla təkbətək və heyətlərin iştirakı ilə görüş keçirilib.  

Qeyd edək ki, bu səfər G.Qaxarianin baş nazir vəzifəsində Ermənistana ilk səfəridir. O, baş nazir kimi ilk rəsmi səfərini oktyabrın 9-da Azərbaycana edib.

İrəvanda hər iki baş nazir birgə mətbuat konfransında isti mesajlar verib. Gürcüstan baş naziri deyib ki, İrəvan və Tbilisi beynəlxalq aləmdə əməkdaşlığı gücləndirməli və dərinləşdirməlidir. Qaxaria 2017-ci ildə Gürcüstanın iqtisadiyyat naziri, 2018-ci ildə isə daxili işlər naziri kimi səfər edib. Bu il sentyabrın 8-də Gürcüstan hökumətinin başçısı seçilən Qaxariya İrəvana bu dəfə hökumət başçısı kimi gedib. 

Qaxaria mətbuat konfransında bildirib ki, Paşinyanla görüşdə bir çox məsələləri müzakirə etdiklərini deyib. Onun sözlərinə görə, münasibətlərin ən vacib göstəricisi iqtisadi sahədə olan əməkdaşlıqdır. Qaxaria deyib ki, iqtisadiyyat sahəsində iki ölkə ciddi irəliləyiş əldə edib. O, İrəvanda nəqliyyat, enerji sektorundakı əməkdaşlıq və mədəniyyət sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər. Eyni zamanda gürcü baş nazir deyib ki, Paşinyanla görüşdə regional məsələlərə toxunulub və bölgədə sülhün vacibliyinə toxunublar.

Paşinyan deyib ki, İrəvan və Tbilisi ikitərəfli əməkdaşlığı artırmaq üçün işləməyə hazırdırlar. İki ölkənin hökumət başçıları bunun üçün mümkün olan hər şeyi edəcəklər. Sputnik Agentliyinin məlumatına görə, bu barədə açıqlamanı baş nazir Nikol Paşinyan gürcü həmkarı ilə görüşəndə deyib. Paşinyan deyib ki, Qaxariya ilə bir sıra məsələləri müzakirə ediblər, iki ölkə arasında münasibətlərdə yeni nəticələr əldə etməkdə qərarlıdır. 

Yeri gəlmişkən, oktyabrın 15-də Paşinyan İrəvanda Ermənistanda səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxs nümayəndəsi Anjey Kaspşik (Polşa) Baş Nazir Nikol Paşinyanla görüşüblər. APA-nın məlumatına görə, görüşdə Dağlıq Qarabağ münasiqişəsinin sülh yolu ilə nizamlanmasına dair məsələlər müzakirə olunub.

Münaqişə tərəfləri arasında qarşılıqlı etimad mühitinin yaranması kontekstində atəşkəs rejiminin gücləndirilməsinin vacibliyi qeyd olunub. Tərəflər xalqların sülhə hazırlanmasının zəruriliyini bir daha vurğulayıblar. Həmsədrlər Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla da görüşüblər.

Qeyd edək ki, Ermənistanla Gürcüstan arasında beynəlxalq müstəvidə əməkdaşlıq heç də deyildiyi kimi yaxşı vəziyyətdə deyil. Məsələn, BMT Baş Assambleyasında "Abxaziya və Sxinvali bölgəsindən olan məcburi köçkünlərin və qaçqınların vəziyyəti" ilə bağlı qətnamə səsverməyə çıxarılarkən Ermənistan bitərəf qalıb. Bu mənada Rusiya faktoru iki ölkə münasibətlərinə ciddi təsir edir. 

Kənan Rövşənoğlu,
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR