İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri yeni fraksiya yaradır

252 20.11.2019 15:29 Siyasət A A

Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Zviad Dzidziquri qanunverici orqanda yeni fraksiya yaratmaq niyyətindədir.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.

Z. Dzidziquri bu məqsədlə parlament çoxluğunda təmsil olunan deputatlarla məsləhətləşmələr aparır.

Yerli qanunvericiliyə əsasən, fraksiya yaradılması üçün altı deputatın iştirakı tələb olunur.

Qeyd edək ki, parlament çoxluğunu tərk edən Z.Dzidziquri ötən gün parlamentin sədr müavini vəzifəsindən rəsmən istefa verib. Buna səbəb noyabrın 14-də qanunverici orqanda proporsional seçki sisteminə keçidin dəstəklənməməsi olub.

Z.Dzidziquri 2017-ci ilin mart ayından Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupuna rəhbərlik edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR