İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcülərin Mişasının “Qafqaz Evi” arzusu: görək ermənilərin Nikolu nə deyir?..

2003 28.06.2023 08:48 Yazarlar A A

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili həbsxanadan yazdığı müraciətində bildirib ki, “Putin rejimi süqut edən kimi Gürcüstanda hakimiyyət dərhal dəyişəcək. Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasında barışıq perspektivləri yaranacaq”. Saakaşvili bir az da irəli gedərək əlavə edib ki, biz çox tezliklə tam fərqli, vahid Cənubi Qafqaz əldə edəcəyik. Qafqaz ölkələrinə və xalqlarına xitabən “Biz Ukraynaya və Avropaya çıxışı olacaq bütün Qafqazı birləşdirməyin yollarını axtarmalıyıq.  Soyğunçuluq, zorakılıq, ədalətsizlik dövrü başa çatır və hamımız özümüz və uşaqlarımız üçün azadlıq, sülh, ədalət, imkanlar dövrünə qədəm qoymalıyıq” - deyib gürcülərin Mişası...

Mixeil Saakaşvili siyasətdən gedir: Resursları tükənib - 30.07.2022,  Sputnik Azərbaycan

2012-ci ildə Prezident kimi Azərbaycanda səfərdə olduğu zamanı Milli Məclisdəki çıxışını “Bir kərə yüksələn bayraq bir daha enməz”-sözləri ilə bitirən Saakaşvili şübhəsiz ki, Məhəmməd Əmin Rəsulzadənin “Qafqaz Evi” ideyasından da xəbərdardır. Prezident İlham Əliyev 44 günlük müharibədən sonra dəfələrlə regional birliyə zərurət olduğunu bildirib, Ermənistanı ötənlərdən dərs götürməyə, Qafqazda əbədi sülh və əminamanlığın bərqərar olmasından ötrü addımlar atmağa çağırıb. Ümumiləşdirəndə “Qafqaz Evi”nin tikilməsi, qurulması anlamını verir. Amma Ermənistanın bu ideyaya münasibəti necə olub? Bir əsr öncə də məlum, indi də...

Oxu.az - Cənubi Qafqazda inteqrasiya və əməkdaşlıq mühitinin formalaşması

Ermənistanın gərginliyi tətikləməsi təkcə Putinin hakimiyyətdə olub-olmasından asılı deyil. Ermənistan Putin Rusiyasından qabaq da təcavüzkar, terrorçu siyasət yürüdüb, bu gedişlə post-Putin dövründə də dəyişənə oxşamır. Tətikləyən qüvvələrsə təkcə Rusiyada deyil, bu gün Arazdəyəndən Hərəri körpüsünədək Ermənistanın hələ bəlli olmayan sərhədləri boyunca səpələnın fransız, alman, amerikan...emissarlar ki, Putinin tapşırıqlarını icra etmirlər. Elə bu gün Arazdəyəndən Naxçıvan səmtə boylanan avropalı, amerikalı casuslar da Qafqazda sakitliyin birdəfəlik bərqərar olunmasına imkan vermirlər. Əks halda, Ermənistana xəbərdarlıq edərdilər: işğalçı siyasətin cavabını alıbsan, qulağından sırğa elə, yerində sakit otur, bir də sağ-sola qımıldanma! Amma kimdir deyən? Əksinə, Fransa yeni-yeni raket sistemləri ötürür bu ölkəyə, amerika senatorları işğal və təcavüzü stimullaşdıran maliyyə ayrıntılarına cəhd göstərirlər, 33 ildir işğalda olan Azərbaycanın Kərki kəndinin önünü kəsmək üçün metallurgiya zavodu oyununu atıblar bir yandan da...Yəni məsələ Mixail Saakaşvilinin dediyi kimi, təkcə Putinli Rusiya ilə bağlı deyil. Rusiyanın bölgədə əbədi qalmaq niyyətindən biz də xəbərdarıq, Ermənistanda 2044-cü ildən sonra da mövcud olmaq niyyəti var şimal qonşumuzun. Həmçinin Azərbaycandakı müvəqqəti hərbi kontingentini də 2 il yarım sonra yığışdırıb aparmaq niyyətində deyil Pyotrun xələfləri. Vaxtaşırı şərti sərhədlər boyunca və Qarabağda, rus hərbi kontingentinin kürəyinin arxasından açılan atəşlər də erməni revanşistlərin başının “məhsulu” deyil. Amma gəlin görək Saakaşvilini ümidləndirib, ölümlə üz-üzə qoyan, quyuya salıb, kəndirini kəsən Qərb fərqli siyasət yürüdürmü? Bəli, Rusiya Qafqazdadır, bu və ya digər formada burada yerləşib, “sülhməramlı”, “hərbi baza” və sair adlarla. Avropa, Amerika da aydan-arı, sudan duru deyil, Qərb də min cür bəhanə ilə bölgəyə girməyə çalışır: Azərbaycanın suveren ərazilərinə burun soxmağa cəhd göstərir, Laçın yolunun başlanğıcında qurduğumuz sərhəd və gömrük qapısını sındırmaq üçün absurdlara baş vurur, Qarabağda “müşahidəçi” adı altında peyda olmağa çalışır...Əslində sülh və sabitliyin mövcud olmasından ötrü Azərbaycan ərazilərini 30 ildən artıq işğalda saxlayan, hələ də Qazaxın 7, Sədərəyin 1 kəndindən rədd olmayan, minlərlə terrorçusunu Qarabağdan çıxarmayan, yeraltı, yürüstü sərvətlərimizi talayan Ermənistana, separatçı-terrorçu rejimə beynəlxalq hüququn sərt üzü göstərilməliydi. Yoxsa ikiüzlü sifətlə sülhə nail olmaq mümkün deyil!

Paşinyan məhşər ayağına çəkilir – Soros projesi iflasda » Ovqat.com

Mixail Saakaşvili yəni bilmirmi ki, Nikol Paşinyan Sorosun “xeyir-dua”sının məhsuludur və ona tezislər təkcə Rusiyadan gəlmir. Yəni “Qafqaz Evi”nin qurulmasına mane olan təkcə bu gün Ukrayna bataqlığından çıxmağa çalışan təcavüzkar Rusiya deyil. Avropa Parlamenti, AŞPA, Avropa İttifaqı yeri gəldi-gəlmədi Qarabağdakı bir ovuc erməninin “hüquq və təhlükəsizliyi” barədə sərsəmləmələri müzakirəyə çıxarır. Belə bir yanaşma Ermənistandakı revanşistlərin yenidən baş qaldırmasına  imkan yaradır. Məsələn, elə bu gün, 27 iyunda İrəvanda Ermənistandakı ABŞ, Fransa, Rusiya səfirlikləri, Avropa İttifaqı nümayəndəliyinin qarşısında Daşnaksütyun partiyasının Qarabağla bağlı 24 saatlıq piket keçirməsi də Qərb çevrələrinin ikili yanaşmasının məntiqi nəticəsidir. Zəngəzur dəhlizinin açılmasına müqavimətin arxasında həm də bəzi Qərb paytaxtları dayanır. Odur ki, Saakaşvili onun özünü də aldadan Qərb çevrələrinə xitab etsə, daha yaxşı olardı. Həm də Paşinyandan konkret cavab istəsin: “Nikol, sən istəyirsənmi “Qafqaz Evi” olsun? Əslində, cavab əvvəldən bəllidir: Azərbaycanın 20 faiz ərazisində yüzlərlə şəhər və kəndləri məhv edən, evləri yerlə bir eləyən ölkənin rəhbəri bir Evdə yaşamağı çətin ki, sid-ürəkdən istəsin. Dediklərimizə 44 günlük müharibədən sonra Kəlbəcərdə, Laçında yandırılan evlər də şahiddir... Amma yenə də ermənilərin Nikolunun cavabı maraqlıdır. Desin, görək Qafqazdakı evdə yaşamaq istəyirlər, yoxsa gəldikləri yerə qayıtmaqdır niyyətləri? Onsuz da Paşinyanın etiraf etdiyi kimi, 90-cı illərdən bəri Azərbaycan əhalisi az qala iki dəfə artıdığı halda, ermənilər sürətlə azalırlar. Birgəyaşayış ideyası bunlara yaddır...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR