İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcü nazir: “Azərbaycanla Gürcüstan arasında həlli mümkün olmayan məsələ yoxdur”

579 14.10.2019 16:03 Siyasət A A

“Mən inanıram ki, Azərbaycanla Gürcüstan arasında həll edilməsi mümkün olmayan məsələ yoxdur”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Naziri Ketevan Tsixelaşvili jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Keşikçidağ məsələsi iki ölkə arasında müzakirələr və dialoq yolu ilə, yaxşı qonşuluq əlaqələri çərçivəsində həllini tapacaq.

“Hazırkı format çox effektiv və məhsuldardır. Bizim müvafiq komissiyamız var və bütün məsələlər bu komissiya çərçivəsində müzakirə edilir. Məsələ çox mürəkkəbdir. Ona görə də yekun qərar illərdir ki, qəbul edilə bilməyib. Amma hazırda işlər çox intensiv şəkildə aparılır və tezliklə razılıq əldə ediləcək ”, - deyə K. Tsxelaşvili qeyd edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR