İnsanlara hürriyət, millətlərə istiqlal!

Günün fotosu: sallaşa-sallaşa mənzil başına

3019 22.05.2014 09:26 Gündəm A A
Bu şəkli bu gün səhər həmkarlarımızdan biri çəkib və "Ziyanı söymək üçün foto" təqdimatı ilə redaksiyaya göndərib.

Jurnalistin yumor hissi öz yerində, amma mənzərə, gördüyünüz kimi, yumoristik deyil, hətta ürək ağrıdandır. 

Əslində bu fotoya dayanaraq nəqliyyat naziri Ziya Məmmədovu tənqid etmək də ədalətsizlik olar. Çünki bu nazirlik məsələ deyil. 

Bu, Azərbaycan sürücülərinin və sərnişinlərinin öz həyat və sağlamlıqlarının göstəricisidir. 

Sərnişini avtobusdan sallada-sallada aparan sürücülər nə qədər qayda-qanun pozuntusu edirsə, avtobusun açıq qapısından bədəni bayıra çıxmış halda məsafə qət edən sərnişin də o qədər edir. Bu hərəkət qəza olacağı təqdirdə birinicinin ziyana düşməsinə, soyulmasına gətirib çıxara bilərsə, ikincinin həyatı bahasına başa gələ bilər. 

Amma onların hər ikisi eyni dərəcədə məsuliyyətsizdir. 

Avtobusdan sallaşmaq əvəzinə sərnişinlər marşrut avtobuslarının intervala düzgün riayət etməsini, avtobusların artırılmasını tələb etməlidirlər. Sürücülər isə gündəlik ödəməli olduqları pul planı böyükdürsə, onun azaldılmasına, normaldırsa, öz tamahlarını cilovlamağa nail olmalıdırlar. 

Yoxsa bu sayaq mənzil başına çatmaq istəyənlərin son mənzilə daha tez çatmaq ehtimalı var.

N.Asifli

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR