İnsanlara hürriyət, millətlərə istiqlal!

GÜNÜN FOTOSU - LİMUZİN YERİNƏ DUSTAQ MAŞININDAN DÜŞƏN NİGAR

3623 20.09.2012 17:17 Son xəbər A A

Dustaq maşınından düşən odur - Nigar. Bu gün onun ağ gəlinlikdə limuzindən düşən, məhkəmə salonu yerinə, toy salonuna girəsi vaxtıdır.

Ancaq işə baxın, bu rejim bir gənc və məsum qıza bunu rəva gördü.

Çox ayıb bir iş oldu. Dünənə qədər deyirdilər, lap böyüklərin xəbəri yoxdur, bu yanlış düzəldiləcək.

Bu günkü məhkəmə və Nigarın azad edilməməsi, ev dustaqlığına buraxılmaması göstərdi ki, hamının hər şeydən xəbəri varmış.

Bu, demoktarik Avropa ailəsinin üzvü olan və özünü hüquqi dövlət adlandıran Azərbaycan üçün utanc tablosudur.

Bu şəkil arxivlərdə qalacaq. Vaxt gələcək, Nigar bu şəkli öz bioqrafiyasının ən şərəfli səhifəsinin yadigarı kimi saxlayacaq. Onda bu şəkil onu həbs edənlərin, cəzalandıranların baş qaxıncına çevriləcək.

"1992-93-cü ildə evdən çölə çıxa bilmirdik" deyənlərə qarşı da elə indidən bir tezis irəli sürmək olar: "Sizin vaxtınızda türmələrdən bayıra çıxa bilmirik".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR