İnsanlara hürriyət, millətlərə istiqlal!

Günün fotosu: Həsən dayının tərəzisi

3849 21.11.2014 17:31 Foto fakt A A
Bu yaşlı insan “Koroğlu” metrosunun yeraltı keçidində əlləri, dizləri əsə-əsə dayanıb, insanları qarşısındakı tərəzidə çəkilməyə dəvət edir. 
Yaxın gəlib çəkilənlər də var, ikrahla dodaq büzüb aralananlar da. 
Çəkisini daima diqqətdə saxlayan qadınlar səhər evlərindəki tərəzidə çəkilsələr də, bu fürsəti da qaçırmırlar.
Öz çəkisinin normadan artıq olacağını təxmin edərək növbəti dəfə qanını qaraltmaq istəməyənlər də var.
Hətta çəkisi özü üçün əhəmiyyət daşımayan, ürəyi böyük, mərhəməti sonsuz insanlar da tapılır ki, yanaşıb yalandan tərəzinin üstünə çıxırlar. Onların məqsədi bu ağsaqqala 20 qəpik verməkdir. Elə vermək ki, bu onun yuxa qəlbini qırmasın.
Yorğunluqdan ayaq üstə dayana bilməyən Həsən dayı bir tikə çörək qazanmaq üçün səhərdən–axşama kimi burada müştəri yolu gözləyir. Heç olmasa bir kətil gətirib altına da qoymur.
Onun tərəzisi düz çəkir. O heç kəsi aldatmır. Bu onun yeganə halal çörək qazana biləcəyi vasitədir. 
Ey bu yazını oxuyanlar, yolunuz buradan düşəndə çəkinizi mütləq öyrənin. Tərəzidəki rəqəmlərə fikir verməyin, əsas odur ki, sizin mərhəmətinizin, səxavətinizin çəkisi ağır gəlsin.

M.Salmanov
N.Asifli

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR