İnsanlara hürriyət, millətlərə istiqlal!

Günün fotosu - beşmərtəbəli evin... altıncı barmaq kimi calağı

6089 25.08.2015 11:53 Foto fakt A A
Bu şəkil Bakıda çəkilib. Keçmiş əməkdaşımız Fərahimin qeydinə görə Sabunçu yaxınlığında bir yerdir.

Şəkildə ötən əsrin 80-ci illərində tikilmiş evlərdən biri və onun qarşıına calaq edilmiş ikimərtəbəli ev görünür.

Bu mənzərəyə dünyanın heç bir mədəni ölkəsində rast gəlmək olmaz.

Bu bir, Şanxay, Kəlküttə, Dəkkə, Dar-əs Salam, Ncamena mənzərəsidir.

Binaya öz kefinə görə ikimərtəbəli artırma qoşan şəxs, söz yox ki, müəyyən dərəcədə imkanlı adamdır. Pulu da var, müəyyən vəzifəsi də. 

O, bu artırmanı pul-para hesabına başa gətirib, əlaqədar strukturların buna göz yummasını isə yəqin ki, ya öz vəzifəsinin, ya da vəzifəli adamlarının hesabına mümkün olub.


Bu, yeganə bu sayaq fakt deyil. Hacıbala Abutalıbovun Bakısı bu cür artırmarla, daha çox 4 uzun və yoğun boru üzərində tikilən eyvanlarla doludur. 

Özbaşına qoyanda biz belə edirik. Biz millət olaraq gəncliyimizdə tikməyə başladımız evi ömrümüzün axırına qədər tikə-tikə, böyüdə-böyüdə, artıra-artıra gedirik.

Güman etmək olardı ki, bu xüsusiyyət kənd yerlərində keçərlidir. Amma bu şəkil göstərir ki, biz meqapolisdəki çoxmərtəbəli binalara artırmalar, calaqlar etməyə hazırıq və qadirik.

N.Asifli
 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR