İnsanlara hürriyət, millətlərə istiqlal!

Günorta yuxusu sağlamlığı qoruyur

2818 09.02.2015 03:37 Maraqlı A A


Kompüter proqramı hazırlayan Hubspot adlı şirkətin ofisində bir otaq yataqlarla doludur. Şirkət işçiləri bu otaqdan istədikləri qədər istifadə edə bilirlər. Hubspot şirkətinin rəhbərliyi gündüz yuxusunun işçilərə yaxşı təsir etdiyini deyirlər. İşçilərin 40%-i günorta yatmağa adət ediblər. Onlar günorta yuxusuna ehtiyacları olduğunu, bunun onlara yaxşı təsir etdiyini deyirlər. Kaliforniya Universitetinin professorları günorta qəhvəsinin və yuxusunun insana necə təsir etdiyini araşdırıblar. Nəticədə məlum olub ki, yuxu beyinə daha yaxşı təsir edir və yaddaşı gücləndirir. Mütəxəssislər günorta yuxusu üçün ən yaxşı vaxtın saat 14:00 ilə 16:00 arasında olduğunu deyirlər. Güc toplamaq üçün gec, yaradıcılığı gücləndirmək üçün isə daha tez yatmaq effektlidir. Avstraliyada aparılan araşdırmalar isə göstərib ki, gündüz 10 dəqiqə yatmaq gecədən qalan yuxusuzluğu əvəz edə bilir. 10 dəqiqəlik yuxu insanların özünü daha gümrah hiss etməsinə də kömək edir. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR