GÜNEYLİLƏR İRAN ŞOVİNİZMİNƏ QARŞI BİRLƏŞMƏYƏ ÇAĞIRILDI
Tədbiri giriş nitqi ilə açan Birliyinin rəhbəri Zahir Əlisoy qeyd etdi ki, məqsəd birgə fəaliyyət göstərmək və güneyli soydaşlarımıza mübarizədə dəstək verməkdir. Daha sonra tarixçi Şirvan Ədilli çıxışında İranın demokratikləşməsi məsələsinə toxundu. Vurğuladı ki, İranda demokratiya olarsa, o halda ikinci ana dili kimi Azərbaycan dili qəbul olunmalıdır: “İran konstitusiyasında dilimiz ikinci dil kimi rəsmiləşdirilməlidir. İranda bu gün ən çox milli haqlar pozulur. Tarixə nəzər salsaq ən böyük bəlamız fars şovinistlərinin Qacarlar hakimiyyətinə gətirilməsi olub”.
Təqiqatçı Yasəmən Qaraqoyunlu ABŞ-İran münasibətləri və onun güneyli fəalların mübarizəsinə təsirindən danışdı. Bildirdi ki, İran enerji bölgəsidir və Qərb gözünü bu bölgəyə dikib: “İran Xəzəryanı ölkələrə və Qafqaza nəzarət edə bilir. Pakistan və İraqla qədim əlaqələri var. Orta Şərqin iqtisadi siyasətinə təsir göstərir. ABŞ və Qərbə qarşı anti-qloballaşma projesinə Çinlə birlikdə qoşulub. İran neft siyasəti ilə rəqiblərini təhdid edə bilir. Üstəlik, şiəlik hərəkatına dəstək verir. Belə vəziyyətdə, ABŞ İranı dinc yolla dəyişmək istəyir. Alternativ mediaya dəstək verir, İrandakı kürdləri maliyyələşdirir. Biz bu faktoru ciddi şəkildə nəzərə almalıyıq”.
“Azərbaycan Avropa Hərəkatının” baş katibi Ramin Hacılı İrandakı siyasi sistemi faşist rejimi adlandırmağa çağırdı. ADP gənclər təşkilatının sədri Cəmil Hacıyev isə güneyli soydaşlarımıza yalnız siyasi partiyaların dəstək verdiyini, dövlətin diqqət ayırmadığını söylədi: “Cənublu tələbələr DAK-a müraciət edir, Sabir Rüstəmxanlıdan kömək istəyir. Kimin imkanı varsa onlara kömək etməlidir. Gənclər və İdman Nazirliyinin bu məsələdə heç bir köməkliyi yoxdur”.
Tədbirin sonunda yeni yaradılan qurum güneyli soydaşlarımızın hüquqlarının pozulması ilə bağlı bəyanat verdi. Bəyanatda deyilir ki, “İran” adlanan dövlətdə hakimiyyətdə olan fars şovinistləri sayı 40 milyona yaxın Güney Azərbaycan türkünün milli haqlarını kobud şəkildə pozmaqdadır: “Şovinist rejim tərəfindən Güney Azərbaycan türklərinə qarşı ən sərt şəkildə assimilyasiya siyasəti aparılır. Bu dövlətdə Azərbaycan türkcəsində təhsil qadağandır, hətta bu dildən şifahi nitqdə istifadə belə sıxışdırılır. Rejim tərəfindən rəsmi sənədlərdə Azərbaycan türklərinin sayı dəfələrlə az göstərilir, hətta onların milli mənsubiyyəti belə inkar edilir. Öz milli haqlarmı tələb edənlər isə ən sərt şəkildə cəzalandırılır”.
“Böyük Azərbaycan Ocaqları” olaraq millətimizin məruz qaldığı bu şovinist siyasətə qarşı mübarizədə qərarlı olduğumuzu bəyan edir və bütün soydaşlarımızı bu yolda birləşməyə səsləyir: “Biz dünya ictimaiyyətini və beynəlxalq təşkilatları şovinist fars diktaturasına təzyiq göstərməyə və bu dövlətdə milli haqlarının təmin olunmasına dəstək verməyə çağırırıq”.