İnsanlara hürriyət, millətlərə istiqlal!

Güneyli məhbus öyrənci yenidən aclıq aksiyası keçirir - FOTO

383 15.11.2023 15:47 Region A A

Təbrizin “Mədəni” Universitetinin molekulyar hüceyrə biologiyası fakültəsinin öyrəncisi, tələbə hərəkatı fəalı və “Qadın! Həyat! Azadlıq!” şüarı altında kütləvi etirazlar zamanı saxlanılan Armita Pavir həbsxanada ikinci dəfə aclıq aksiyasına başlayıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, güney azərbaycanlı öyrənci həbsxana şəraitinə və tələblərinə məhəl qoyulmamasına, o cümlədən barəsində əsassız ittihamların irəli sürülməsinə və saxta etiraf verməyə məcbur edildiyinə etirazını bildirib. O, tələbləri yerinə yetirilənə qədər aksiyasını davam etdirəcəyini açıqlayıb.

Xatırladaq ki, Armita Pavir sentyabrın 21-də Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və şəhərin mərkəzi həbsxanasına salınıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR