İnsanlara hürriyət, millətlərə istiqlal!

“Güney Azərbaycan təşkilatları arasında fikir ayrılıqları, problemlər yaranıb” – Mahmud Bilgindən ilginc açıqlamalar

613 22.12.2022 15:58 Region A A

 

“9 təşkilat olaraq il yarım birlikdə çalışdıq, çox böyük uğurlarımız oldu. Lakin təəssüflər olsun ki, sonradan bir təşkilat  - GAMOH (rəhbəri  Mahmudəli Çöhrəqanlı) bizdən ayrıldı. O düşündü ki, hamı onun yanında olmalıdır, amma bu, yanlış düşüncədir. Sonra isə kənarda digər təşkilatlara qarşı danışdı”.

Bu sözləri İsveçdə mühacir həyatı yaşayan, Güney Azərbaycan Demokratik Partiyasının sözçüsü Mahmud Bilgin Musavat.com-a açıqlamasında bildirib. Onun sözlərinə görə İranda baş verən etirazlardan sonra güneyli mühacir təşkilatları arasında  fikir ayrılıqları, problemlər yaranıb:

“Artıq bir ildir ki, 8 təşkilat birlikdə çalışırıq. Lakin təəssüflər olsun ki,  İranda etiraz prosesləri başlayanda bizim təşkilatlar arasında 2 düşüncə ortaya çıxdı. Birinci düşüncə budur ki, gedək digər xalqlar, millətlərlə birləşib, birlikdə İran rejiminin sonunu gətirək. Digərləri isə bildirdi ki, digər millətlərlə birləşsək, onda İran federalizmə gedər, biz isə birbaşa istiqlalımızı istəyirik. Beləliklə, son 3-4 aydır ki, partiyalar arasında problemlər, fikir ayrılıqları yaranıb. Amma hesab edirəm ki, işin gedişatı bu məsələni çözəcək. Düşünürəm ki, bizim arqumentlərimiz daha ciddidir, İran rejiminin yıxılması əsas məsələdir. Beləliklə, hesab edirəm ki, dostlarımızın düşüncələri dəyişəcək. Amma əgər İranda vəziyyət dəyişərsə, silahlı çatışmalar olarsa, bu zaman biz düşüncəmizi dəyişəcəyik. Məqsədimiz budur ki, Güney Azərbaycan azad dövlət olsun. Bir-birimizi arxadan vurmaq çox pisdir, bu, bizə yaraşmaz”.

 

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR