İnsanlara hürriyət, millətlərə istiqlal!

Günəşin doğmadığı, qadınlara isə doğuş qadağasının olduğu qəribə ada... - Foto

1935 14.10.2019 15:51 Maraqlı A A

Şimali Buz dənizində yerləşən Norveçin Svalbard adası Avropanın demək olar ki, sonunda yerləşir. Bir qədər kənarında isə həyat yoxdur, bura qütb ayılarının yaşadığı ölkədir. 

Svalbard adası oktyabr və fevral ayları arasında günəşin çıxmamasına görə məşhurdur. Qışda aylarla davam edən qaranlıqdan sonra ilk işığın doğulduğu günü görmək çox maraqlı və ilgincdir.

Həmçinin adanı ilginc edən məsələ burada qadınların doğması və pensiya yaşına çatan şəxslərin işləməsinin qadağan olunmasıdır.  Ümumiyyətlə, Svalbard adası ilə bağlı bir sıra inanılmaz faktlar var. Onlardan bir neçəsini təqdim edirik. 

Beləliklə, qeyd edildiyi kimi, hər il noyabr ayının ortalarından etibarən Norveçin şimalı ilə Şimali Qütb arasında yerləşən Savalbard adası qaranlığa qərq olur. Nəticədə adada yaşayan insanlar 4 ay boyunca günəşi görmür. Yalnız mart ayının sonlarında insanlar nəhayət ki, üfüqlərdə günəşi görməyə başlayır. 

Adadakı insan sayı davamlı olaraq dəyişir. Bura əsasən turistlər, kömür mədənində işləyənlər və yaxud araşdırmaçılar gəlir. 

Yaşayış şəraiti olmadığından burada qadınların uşaq dünyaya gətirməsi qadağandır. Həmçinin pensiyaya çıxan, yaşlı insanların burada yaşaması yasaqdır. 

Adada il 5 mövsümə ayrılır: Yaz, yay, payız, qaranlıq qış və mülayim qış. Qaranlıq qış və qütb gecəsi kimi bilinən mövsümdə günəş azacıq da olsa yüksəlmir. 

123.JPG (40 KB)

Bundan sonra gələn mülayim qış mövsümünü insanlar çox böyük maraqla və həyəcanla gözləyir. Çünki bu mövsümdə göy üzü və rəngləri saatlara görə dəyişir. Günəşin hər an üfüqlərdə görünəcəyi gözlənilir. Buna görə də insanlar bu mövsümü daha çox sevir. Bu mövsüm həftələrlə davam edir. 

Səyahətçi Ronni Brunivl ada ilə bağlı CNN-ə maraqlı açıqlamalar verib. Səyahətçi qeyd edib: “Bu ada tamamilə ziddiyyətlərlə doludur. Qütb gecəsi boyunca adada günəş çıxmır və hər yer tamamilə qaranlıqda olur. Hətta bu qaranlıqdan insanlar üç addım sonrasını görə bilmirlər. Yay aylarında isə bu olayın tərsi baş verir. Günəş sərxoş kimi heç vaxt hara gedəcəyini bilmir”.

Günəşi hər kəsdən tez və erkən görmək istəyənlər fevral ayının sonlarından dağlara çıxır. Lakin bəzən öncədən proqnozlaşdırılmayan hava dəyişikliyi üzündən bəzən günəş həmin vaxtlarda da öz üzünü göstərmir. 

Bəziləri dağlara çıxsa da, əksər insanlar burada yerləşən köhnə xəstəxananın üst hissəsinə çıxaraq günəşin çıxmasını gözləyir. Günəş özünü göstərdiyi andan insanlar günəş paltarlarını geyinib, üz-gözlərini boyayırlar. Həmçinin qədim Norveç mahnılarını oxuyub, günəşi qarşılayırlar. 

Xalidə,
musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR