“Günəş tutulub, fasiləni uzadaq”-Jirinovski
Rusiya Dövlət Dumasının deputatı Vladimir Jirinovski yenidən maraqlı çıxışı ilə medianın gündəminə düşməyi bacarıb.
“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Jirinovski Dumanın plenar iclasında günəş tutulmasının deputatların səhhətinə mənfi təsir edə biləcəyini nəzərə alaraq fasilə müddətinin uzadılmasını təklif edib:
“Bu gün son 80 ildə ilk dəfə günəş tutulması olacaq, həkimlər xəbərdarlıq ediblər ki, saat 12-dən 3-ün yarısına qədər əlavə yüklənmə, stressiv situasiya arzuolunan deyil”.
Aşağı palatanın spikeri Sergey Narışkin isə bu ideyanı nəinki dəstəkləməyib, səsverməyə çıxarmağa belə ehtiyac bilməyib






