İnsanlara hürriyət, millətlərə istiqlal!

“PARLAMENTİMİZDƏ 20-yə YAXIN TƏMİZ KÜRD DEPUTAT VAR”

6417 02.07.2011 09:31 Gündəm A A

Rəbiyyət AslanovaMilli Məclisin İnsan haqları komitəsinin sədri Rəbiyyət Aslanova bir qrup kürd xalqına mənsub şəxsin prezidentə müraciətini şərh edərkən belə avantürist məqsədin gizli niyyətlərdən xəbər verdiyini bildirib. Modern.az saytına açıqlamasında komitə sədri deyib ki, guya hüquqlarının pozulduğunu iddia edən kürd gənclərinin müraciəti ilə bağlı faktın mahiyyətinə varanda, uzağa gedən maraqlar ortaya çıxır: “Yaxın Şərqdə, İraqda böyük analitik mərkəzlər tərəfindən qaynaqlanan prosesin Azərbaycana köçürülməsi yolverilməzdir. Və mümkün olan şey deyil. Mən bu məsələnin ortaya atılmasının bir səbəbini görürəm. Bu cəhdlər Azərbaycanın bütövlüyündən, xalqlar arasında hökm sürən yüksək münasibətlərdən qorxuya düşən, ona təsir etməyə çalışan ayrı-ayrı mənbələrin istəkləridi. Həmin istəklərə cavab verən insanlara acıyıram. ”Biz kürdük deyə hüquqlarımız pozulur" ,-ifadəsini işlədən hər kəs aparılan siyasəti bir daha izləsin. Həqiqətin gözünə açıq baxsın. Onlar Azərbaycana qarşı aparılan siyasətə yardımçı olmamalıdırlar. Bu gün dünyada “parçala və hökm sür” siyasətinin yeni variantda gerçəkləşməsi göz qarşısındadır. Yaxın Şərqdə proseslərin əksəriyyəti elə kürd məsələsi ilə başladı. Bu gün Türkiyənin parçalanmasına aparan məsələ kürd məsələsidir, İraqda baş verən hadisələrin kökündə kürd dövlətini yaratmaq məsələsi durur".
R.Aslanova qeyd edib ki, Azərbaycan dilindən, irqindən asılı olmayaraq birgə yaşayışın çox böyük mədəni məkandır. Ölkədə tolerantlıq mühitinin formalaşmasının bu günün deyil, yüz illər qabaq yaranmış münasibətin nəticəsi olduğunu deyən deputat Azərbaycanda heç vaxt etnik və dini zəmində qarşıdurma olmadığını vurğulayıb. Deputat qeyd edib ki, dünya üzrə 35 milyonluq kürdün çox az bir hissəsi keçmiş SSRİ ərazisində yaşayıb: “Bu günə qədər ”kürdsən" ifadəsi altında hansısa bir fərqli münasibətin sərgilənməsinin şahidi olmamışıq. Məni də çox təəccübləndirən budur ki, hansısa bir tədbirdə kürd mədəniyyətinə, dilinə və s. qarşı ögey münasibətə dair yanlış fikirlər səslənir. Bu xalq öz dilində danışır, mədəniyyətini, adətini, ənənəsini qoruyur. Bununla əlaqədar kürdlərə qarşı hər hansı məhdudiyyətlərin olması faktı ortada yoxdur".
Cümşüd NuriyevPolitoloq Cümşüd Nuriyev bildirdi ki, bu bəyanatın verilməsi çox ciddi bir təhlükədən xəbər verir. Ekspert bəyanatın Kazan görüşündən dərhal sonra ortaya çıxmasını da təsadüfi saymır: “Açığı mən bu addımın arxasında başqa şeylər görürəm. Əvvəla, onu görürəm ki, Ermənistanın Azərbaycana təzyiq etməsi üçün yeni ”kürd kartı"ndan istifadə edilir. İkincisi, burda təkcə erməni və rusun deyil, farsın da əlinin olduğunu görürəm. Üçüncüsü, məsələnin burda gündəmə gətirilməsi Azərbaycan-Türkiyə münasibətlərinə kölgə salmağa xidmət edir. Dördüncüsü, kürdofobiyanın Sərkisyanın Avropa Şurasındakı ermənifobiya haqqında çıxışından sonra gündəmə gəlməsi təsadüfi deyil. Bu, nankorluqdur. Fakt budur ki, Azərbaycan dövlətinin içərisində kiməsə kürd olduğuna görə fərq qoyulmayıb. İkincisi də həmin gənclərə əvvəlcə xatırladıram ki, Azərbaycan parlamentində siyahıya baxsınlar və kimlərin kürd olduğunu görsünlər". C.Nuriyev kürd deputatların kimliyini konkretləşdirməsə də, qeyd etdi ki, parlamentdə 20-yə qədər təmiz kürd var: “Digər tərəfdən də bu gənclər hökumətdə nazir, nazir müavinləri səviyyəsində kürdlərin olduğunu da unutmasınlar. Əgər MTN məsələni diqqətlə araşdırsa, bu qüvvələrin arxasından hazırda Azərbaycana nifrət edən və hakimiyyətdə olan bir qrup adam çıxacaq. Onların içərisində kürd də var, yarım kürd də. Bunların əsas məqsədi Azərbaycan-Ermənistan münasibətlərindən diqqəti yayındırmaq, Azərbaycanı Qarabağdan kənarlaşdırmaqdır.
İkincisi, Azərbaycanda aktikorrupsiya tədbirlərinin getdiyi bir zamanda hakimiyyətdə kifayət qədər harınlayan bir qrup adamlar, - bunların içində kürd də var - özlərindən diqqəti yayındırmaq və yığdıqlarına sahiblənib ondan daha geniş miqyasda Azərbaycan əleyhinə istifadə etmək istəyirlər. Bunun da artıq ilkin işartıları gündəmə gəldi".
C.Nuriyev kürd xalqını çox mərd xalq kimi tanıdığını, onların birinci Qarabağ savaşında şəhidlər verdiyini, bu sırada Milli Qəhrəman adını alan döyüşçülərin olduğunu xatırlatdı: “Özü də ötən əsrin əvvəlində Andronikin dəstəsi və 1914-cü ildə Rusiya qoşunu 40 min yox, 200 min kürd qırıb. Bunu kürdlər yox, biz araşdırıb ortaya qoymuşuq ki, türklərlə bərabər, kürdləri də qırıblar. Bu gün Türkiyədə BDP-nin atdığı addımla bərabər, Azərbaycanda yeni bir ”BDP"-nin gündəmə gətirilməsi yüzdə-yüz sifarişlidir".
Politoloq bir mühüm məqama da diqqət çəkdi: “Açığı, mən belə addımları bir az gec gözləyirdim. Çünki bunların layihəsində Azərbaycanda 2015-ci ildə kürd dövləti yaratmaqdır. Daha doğrusu, Naxçıvanı ”kürd dövləti" etmək planı var. Mən hələ 2000-ci ildə “Yeni Müsavat”a demişdim. O vaxtdan bu layihə Rusiyanın Yaroslavl vilayətində hazırlanmışdı. İndi bunun tələm-tələsik gündəmə gəlməsi Rusiyanın Qarabağ məsələsində iflası və Türkiyədə BDP-nin parlamentə getməməsi ilə üst-üstə düşdü".
C.Nuriyev qeyd etdi ki, Azərbaycanın üç rayonunda kürdlər yaşayıb: “Kürdlər Laçının 9 kəndində - birində də yarımçıq, Kəlbəcərin 6 kəndində, Qubadlının isə 4 kəndində yaşayıblar. Bu da haradasa 20 min əhali deməkdir. Ermənistandan qovulanları da bura əlavə etsək, 50 min nəfər edir. Parlamentdə, hökumətdə də kürd əsillilər var. Sadəcə onların hamısı milli mənsubiyyətini gizlədir ki, bu, bizim problem deyil, özlərinindir. Bu bəyanatı verən gənclər heç olmasa hakimiyyətdə olanların çörəyinə bais olmasınlar. Hər halda, onlara dil verən var, həmin dil verəni tapmaq lazımdır”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR