İnsanlara hürriyət, millətlərə istiqlal!

Əslən azərbaycanlı olan rusiyalı filosof Heydər Camal vəfat edib- YENİLƏNİB

6261 05.12.2016 12:54 Gündəm A A
Rusiya İslam Komitəsinin sədri Heydər Camal 70 yaşında vəfat edib.

 Bu barədə ictimai xadimin "Facebook"dakı rəsmi səhifəsində qeyd olunub. 

Musavat.com xəbər verir ki, Heydər Camal 1947-ci ildə Moskvada anadan olub. Onun atası Cahid Camal, anası isə İrina Şapovalovadır.

Cahid Camal Rusiyanın əməkdar rəssamıdır. O, Azərbaycanın Ağdam rayonun Abdal-Gülablı kəndində anadan olub.

Heydər Camalın babası isə Böyük Vətən müharibəsində Qarabağın hərbi komissarı olub. Daha sonra o, Azərbaycan SSR Ali Məhkəməsinin sədri vəzifəsində çalışıb.

Heydər Camal Rusiyanın məşhur politoloq və teoloqlarındandır. Uzun illər boyu Rusiyada islam hərəkatına rəhbərlik edən şəxslərdən biri kimi tanınır. 2010-cu ilin martın 10-da o, Rusiya müxalifətinin “Putin getməlidir” bəyannaməsinə imza atıb.

Heydər Camal Rusiyada Azərbaycanın əsas müdafiəçilərindən sayılırdı. O, çıxdığı bir çox televiziya proqramlarında, siyasi tok-şoularda Azərbaycanın mövqeyini dəfələrlə müdafiə edib.

Heydər Camal Qazaxıstanın Almatı şəhərində dəfn olunacaq. Bu barədə “Danışır Moskva” radiostansiyasına jurnalist Maksim Şevçenko məlumat verib.

Onun sözlərinə görə, Heydər Camal müalicə aldığı Almatıda rəhmətə gedib. “Yəqin ki onu elə orda da basdıracaqlar”, Şevçenko bildirib.


Allah rəhmət eləsin!

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR