İnsanlara hürriyət, millətlərə istiqlal!

CAHANGİR ƏSGƏROVLA “AST TELMAN”ı NƏLƏR BAĞLAYIR?

16939 10.08.2011 09:50 Gündəm A A
Ümumiyyətlə, bəzi yüksək rütbəli dövlət məmurları kimi Cahangir Əsgərovu da oliqarx qruplaşmalarının ən ciddi fiqurlarından biri kimi səciyyələndirmək olar. AZAL prezidenti ölkədə sözün həqiqi mənasında at oynadan məmurlardan sayılır. Onun Rusiyadan qovulmuş iş adamı Telman İsmayılovla, QMİ sədri Hacı Allahşükür Paşazadə və baş nazirin sabiq müavini Abbas Abbasovla sıcaq münasibətləri hamıya bəllidir. Bu münasibətlərin istiliyi bir çox videogürüntülərdə də öz əksini tapıb. Cahangir Əsgərov bir müddət öncə “AST Telman”ın ad günündə ona üstü brilyant qaşlarla bəzədilmiş 500 min dollar dəyərində hədiyyə etməsi ilə yadda qalmışdı. O vaxtlar AZAL-ın prezidentindən bu qədər pulu haradan tapmasını sorğulayan olmadı.
Qeyd edək ki, bəzi məlumatlarda Cahangir Əsgərov iş adamı Telman İsmayılovun kadrlarından biri kimi xarakterizə olunur. Bu məlumatların da müəyyən əsasları var. Belə ki, AZAL başqanı ilə “AST Telman” arasında münasibətlər hələ sovet dövründə, Telman İsmayılovun Bakı dəmiryol vağzalındakı restoranlardan birində ofisiant işlədiyi illərdə formalaşıb. Deyilənə görə, Zabrat Birləşmiş Aviadəstəsində və Yevlax hava limanının rəisi işləyərkən Cahangir Əsgərov Telman İsmayılova, həmçinin onunla birlikdə göyərti və gül alveri ilə məşğul olan xırda ticarətzilərə məxsus yüklərin problemsiz Rusiyaya, əsasən də Moskva və Leninqrad şəhərlərinə daşınmasını təşkil edənlərdən biri olub. Təsadüfi deyildir ki, hər iki şəxs bu gün aralarındakı sıx dostluq münasibətlərinin zirvəsində olduqlarını dəfələrlə kübar məclislərində etiraf ediblər. Əlbəttə, adıçəkilən məqamlarda, yəni regional, xırda hava limanının rəhbəri kimi vəzifəsini öz biznes maraqlarına yönəltmək dövlət səviyyəli korrupsiya sayılır. Ancaq görünür, vaxtında bu əməllərinə görə cəzalandırılmadığındandır ki, C.Əsgərov ölkənin strateji postlarından biri, AZAL prezidenti kreslosunu ələ keçirərkən də köhnə vərdişini tərgitməyib.
AZAL-da yüksək vəzifə tutan şəxsin məlumatına görə, hirkətə məxsus təyyarələrin “util” adı ilə doğranıb hərraca qoyulması artıq adi hala çevrilib. Həmçinin AZAL aviakonserninə məxsus təyyarələrin istismar müddətinin başa çatması adı ilə doğranması prosedurlarında ciddi pozuntular üzə çıxıb. Bu haqda bizə danışan mənbənin sözlərinə görə, Cahangir Əsgərovun “təyyarə metallomu” biznesində daha çox iki məqam diqqət zəkir: “İstismar müddəti başa çatmış təyyarələrdən çıxarılmış möhkəmliyi ilə seçilən kresloları bu gün fərdi minik avtomobillərində görmək olar. Digər tərəfdən, konserndə bir zox təyyarələrin istifadəyə yararsız adı ilə sənədləєdirməsi başladıqdan sonra ölkədə şəxsi təyyarələrin sayının artması müşahidə edilir. şəxsi təyyarələrin aeroportlarda saxlanması üçün müvafiq sənədləşmə aparılmalı və dövlətə vəsait ödənilməli olduğu halda, bu işdə də ciddi pozuntulara yol verilir”.
Bütün bu deyilənlər isə AZAL rəhbərinin xüsusi istedadla düşünüb tapdığı gəlir növünün “yuxarılar”dan gizlədildiyindən xəbər verir. Bu hakimiyyətin qaydalarına görə isə “obşıy katyol”dan çöp belə gizlətməyin cəzası ağır olur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR