İnsanlara hürriyət, millətlərə istiqlal!

“Gündəlikdəki məsələlər yerinə yetirilmədikdə yenidən güc tətbiqinə ehtiyac yaranacaq”-deputatdan xəbərdarlıq

663 22.08.2022 17:04 Ölkə A A


“Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla mart və may aylarındakı görüşlərinin yüksək səviyyəli danışıqlar üçün hazırlıq xarakteri daşıdığını nəzərə alıb söyləmək olar ki, avqustun 19-undakı görüşdə də məqsəd eyni idi”.


Deputat Sahib Alıyev bu fikirləri Hacıyev-Qriqoryan görüşünü Musavat.com-a şərh edərkən söylədi. Millət vəkili ardınca bir məqamı da xatırlatdı: “Mayın 22-də Brüsseldə cənab İlham Əliyevlə Nikol Paşinyan arasındakı danışıqlardan sonra Avropa Birliyi Şurasının sədri Şarl Mişel növbəti görüşün iyulun axırı avqustun əvvəlinə planlaşdırıldığını demişdi. Ancaq təəssüf ki, Ermənistan tərəfi nə sonuncu, nə də ondan öncəki danışıqlarda üzərinə götürdüyü bir sıra öhdəlikləri yerinə yetirmədiyindən sözü gedən görüşü anons edilən vaxtda keçirmək mümkün olmadı. Qərbdə də, Moskvada da artıq yəqin ediblər ki, Azərbaycan bir zaman Minsk Qrupu həmsədrlərinin keçirdikləri görüşlərinin fəlsəfəsinə uyğun danışıqlara getməyəcək. Və artıq onu da görürlər ki, Ermənistanla danışıqlar hərbi komponentsiz ötüşmür, yəni hərbi-siyasi xarakter daşıyır. Qarşı tərəf diplomatik müstəvidə əldə olunan razılaşmalara əməl etməyəndə avqustun 3-dəkinə bənzər antiterror əməliyyatlarının keçirilməsinə ehtiyac yaranır. Halbuki, danışıqları təşkil edənlər buna sırf Azərbaycanla Ermənistan arasında sülh yaratmaq missiyası kimi yanaşıb, bu məntiqdən də çıxış etsəydilər, onda güc tətbiqinə ehtiyac qalmazdı”.

15848974842803550952_1200x630.jpg (198 KB)

S.Alıyev prosesin uzanmasına səbəb olan amillərdən də danışdı: “Heç kimə sirr deyil ki, Qərb, yaxud da Moskva açıq şəkildə Ermənistandan üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirməsini tələb etsə, bunda prinsipiallıq göstərsəydi, sülh anlaşması çoxdan imzalanmış olacaqdı. Ancaq bunu etmirlər, səbəb də aydındır, hər iki tərəfi bu danışqarda Azərbaycanla Ermənistan arasında sülhdən çox, öz geosiyasi çıxarları maraqlandırır. Maraqlar da ki toqquşur və Ukrayna savaşından sonra onların arasındakı ziddiyyət heç vaxt olmadığı qədər güclənib. Ona görə də mən bu fikirdəyəm ki, Azərbaycan Prezidenti ilə Nikol Paşinyan arasında növbəti Brüssel görüşü Qazaxıstanın dövlət başçısının Azərbaycana gözlənilən səfərindən sonra baş tuta bilər. Detallara varmadan onu da deyim ki, Brüssel danışıqlarında Avropa Birliyi rəhbərlərinin Azərbaycanın istəklərinə daha diqqətli yanaşmalarını şərtləndirən faktorlardan da biri elə cənab Tokayevin bu səfəri, daha doğrusu, həmən səfər zamanı əldə edilən bəzi razılaşmalar olacaq. Yəni kimin təşkil etməsindən asılı olmayaraq, Azərbaycanla Ermənistan arasında növbəti yüksək səviyyəli görüşə biz geosiyasi mövqelərimizi daha da gücləndirmiş şəkildə və 3 avqust “dərsi” ilə gedirik”.

Deputat əmindir ki, həmin danışıqda, yaxud danışıqlarda da gündəlik Azərbaycanın gündəliyi olacaq: “Gündəlikdəki məsələlər yerinə yetirilmədikdə, danışıqları təşkil edənlər öhdəliklərin yerinə yetirilməsi üçün prinsipiallıq göstərmədikdə isə yenidən güc tətbiqinə ehtiyac yaranacaq. Sosial Tədqiqatlar Mərkəzinin sorğusu göstərir ki, Azərbaycanda rəyi öyrənilənlərin 80 faizi 2020-ci il 10 noyabr üçtərəfli bəyanatının şərtlərinə əməl edilməzsə, antiterror əməliyyatlarının aparılmasını dəstəkləyir. Xalq dəstəkləyirsə, demək elə də olacaq. Yəni Ermənistanın hərəkətləri iki ölkə arasındakı problemin siyasi deyil, məhz hərbi-siyasi yolla həllini diqqət edir ki, Azərbaycan da regionda tezliklə dayanıqlı sülhün yaranmasında maraqlı olan bir dövlət kimi bunu edir və edəcək”.

Deputatın sözlərinə görə, Qərb bu fikirdədir ki, Qarabağda Azərbaycanın apardığı əməliyyatlar Rusiyanı hayların daha da gözündən salır: “Rusiya isə məncə, artıq Qarabağdansa, Zəngəzurda möhkəmlənib, region ölkələrinə məhz oradan təsir etməyə çalışacaq”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR