Musavat.com saytının Facebook və youtube platformalarında həyata keçirtdiyi canlı yayında bu dəfə insanların gündəlik həyatda işlədiyi günahlardan danışacağıq. Rüşvət, qeybət, yalan, riya və sair günahlar həyatımızı necə çətinləşdirir, cəmiyyətdə nələrə səbəb olur.
Bu mövzu ilə bağlı ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu və sosioloq Əhməd Qəşəmoğlu studiyamızın qonağı olacaq. Bu müzakirədə dinləyicilərimiz də sualları və şərhlərini yazaraq iştirak edə bilərlər.
Bunun üçün musavat.com -un "Facebook", ya da "Youtube" səhifələrindən birini bəyənib (like edib), canlı yayına qatılmaq mümkündür.
Musavat.com






