İnsanlara hürriyət, millətlərə istiqlal!

Günay şəhidimizdən yazdı: “Həyat yoldaşı onu bir dəfə görmək üçün dua edir”

3136 27.02.2017 14:18 Gündəm A A

Bu gün Müdafiə Nazirliyi fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olan 5 hərbiçimizin adını açıqlayıb. Onlardan biri də Haşımlı Tural Əbdül oğludur. Onun yaxınları Turalın 7 ay öncə evləndiyini və ata olmağa hazırlaşdığını bildiriblər.

Müxtəlif peşə sahibləri sosial şəbəkədə əsgərlərimizin şəhid olması barədə fikirlərini paylaşıb. Onlardan biri də müğənni Günay İbrahimlidir.

Musavat.com xəbər verir ki, müğənni hisslərini “İnstagram” səhifəsində bölüşüb: “7 ay əvvəl evlənmişdi, ata olacaqdı... Tural kəşfiyyat bölüyünün komandiri olub. 3 gün əvvəl şəhid oldu. Turaldan başqa 4 şəhidimiz də var. Allah heç bir ailəni başsız, anaları oğulsuz, bacıları qardaşsız qoymasın. Təsəvvür edin, 7 ay əvvəl sevdiyin birinə gəlin gedirsən, sevinirsən ki, onun yanında olacağam, gələcəyinlə bağlı planlar qurursan, hələ dünyaya övlad gətirmək istəyirsən. Bir anlıq qaranlıq sənin başını alır, dünyan dəyişir. O, yoxdur. Heç olmasa, meyitini görmək, onu qucaqlayıb, ağlamaq istəyirsən. Meyit də yoxdur. Neytral zonada qalıb. İndi o qız inanıram ki, sağ qalması üçün dua edirdisə, indi meyiti bir dəfə görmək üçün dua edir. Hamımız dua edək, əsgərlərin sağlığı üçün dua edək. Sevdiklərimizin də dəyərini bilək. Sabaha ümid yoxdur...”

Qeyd edək ki, Tural Həşimli ilə yanaşı, Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlu da şəhid olublar.

Könül İbrahim,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR