Model Günay Musayevanın İstanbulda sevgilisini bıçaqlaması ilə bağlı yayılan məlumatlar neçə gündür Türkiyə və Azərbaycan mediasının əsas xəbərlərindən birinə çevrilib.
Deyilənə görə, o, sevgilisi Taha Tatlıcını mübahisə zəmnində bıçaqlayıb. Hadisə haqda xəbər təzə yayılanda G.Musayevanın adından verilən məlumatda deyilirdi ki, sevgilisi onu və oğlu Cahangiri döydüyü üçün, müdafiə məqsədilə bıçağa əl atdıb. G.Musayevanın bu əməlinə görə 2 il həbs cəzası alacağı ilə bağlı prokurorluq məlumat yaymışdı. İddialara görə, 2 il yarım müddətində həbs olunması tələb edilən model Asliyə Cəza Məhkəməsində mühakimə olunacaqdı. Bundan sonra prosesin gedişatı dəyişib və Günay Musayeva sevgilisi ilə barışıb. Model və sevgilisi yayılan xəbərləri yalanlayıb.
Bu barədə Günay Musayeva Türkiyənin "TV100" kanalına açıqlama verib.
Musavat.com azərbaycanlı model haqda olan həmin reportajı təqdim edir.






