İnsanlara hürriyət, millətlərə istiqlal!

GÜLÜSTAN ƏLİYEVANIN ADI TORPAQ QALMAQALINDA

2559 11.07.2012 16:08 Son xəbər A A

Gülüstan Əliyeva “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, mətbuatda onun haqqında yazılanlar yalandır: “Mən heç kimin torpağını mənimsəməmişəm. Əksinə mənim torpağımı zəbt etmişdilər. Yayılan məlumatlar dəqiq deyil. Bilmirəm bunları kim yayıb. Bu çoxdan olan hadisədir”. Müğənni deyir ki, torpaq sahəsi ona məxsus olub: “Sizin bunu qabartmağınıza ehtiyac yoxdur. Xəzər rayonunda mənə məxsus olan torpaq sahəsi Hikmət Babyev ad və soyadlı şəxs tərəfindən mənimsənilmişdi. Xəzər rayon Məhkəməsi mənim xeyrimə qətnamə çıxardı. Mənə məxsus olan torpağın bütün sənədləri də qaydasındadır. Hazırda bu torpaq sahəsi də məndədir”.

GÜNAY

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR