GÜLÜN ÇIXIŞINDAKI BİR YANLIŞ
Bu məsələnin qardaş ölkənin siyasətində önəmli yer tutduğu hər kəsə bəllidir və Ankara daim erməni təcavüzünə son qoyulması tələbləri ilə çıxış edib, 1993-cü ildən isə sərhədlərini Ermənistanın üzünə bağlayıb. Beynəlxalq təpkilərə baxmayaraq Türkiyə Ermənistanla əlaqələrin bərpasına, sərhədlərin açılmasına getmir. Elə BMT Baş Assambleyasının son toplantısında baş nazir Rəcəb Tayyib Ərdoğan Ermənistana Qarabağ torpaqlarının təcavüzünə son qoymaq çağırışı etdi. Belə olan təqdirdə, prezident Gülün Qarabağ məsələsindən bəhs etməməsi suallar doğurub. Əcəba, bu, Türkiyə-Azərbaycan münasibətlərində hansısa problemin olması, yaxud qaz, viza razılaşmasının əldə olunmaması iləmi bağlıdır?
V.Quluzadə hesab edir ki, qardaş ölkə bütün mövqeləri ilə açıq-aydın Qarabağ məsələsində Azərbaycanın tərəfindədir: “Problemin ədalətli həlli tamamilə Türkiyənin milli maraqlarına uyğundur. Ancaq nə səbəbə Gül budəfəki çıxışında Qarabağ məsələsinə toxunmayıb, bunun müxtəlif subyektiv səbəbləri ola bilər. Fakt budur ki, Azərbaycanla Türkiyə arasında müxtəlif uzlaşdırılmamış məsələlər var və bunu inkar etmək olmaz. Məsələn, qaz məsələsində hələlik razılaşma əldə olunmayıb. Türkiyənin bu vəziyyətdən nə dərəcədə razı, ya narazı olduğunu demək mümkün deyil. Həmçinin vizasız rejim haqqında Türkiyənin bizə qarşı iradları var”. Ancaq politoloq deyir ki, prezidentin çıxışında səslənib-səslənməməsindən asılı olmayaraq, Qarabağ məsələsi Türkiyə üçün də prioritet olaraq qalır: “Təbii ki, bu barədə prezidentin çıxışında səslənsəydi, daha yaxşı olardı. Gərək Türkiyə bizə nə irad tutursa-tutsun, təkcə Qarabağ məsələsində tutmasın”.
V.Quluzadə vəziyyəti şişirtməyin də tərəfdarı deyil. Politoloq hesab edir ki, Türkiyədə reallıqlar aydın dərk edilir: “Türkiyə bilir ki, indi Qarabağ məsələsi həll olunmur. Digər tərəfdən, Putin hakimiyyətə qayıdır, Rusiyanın siyasəti hər sahədə Putinə görə daha da sərtləşə bilər. Eyni zamanda əksinə ola, yeni böhran Rusiyanı uçura bilər. Ona görə də təmkinli olmaq lazımdır”.
Politoloq Bakı ilə Ankara arasında problem yarada biləcək hansısa açıqlamaya zərurət görmür: “Biz ”Bir millət, iki dövlət" deyəndə eyforiyaya qapılıb yalnız bir millət məsələsinə diqqət yönəldirik və iki dövlətin nə olduğuna varmırıq. İki dövlət o deməkdir ki, hər dövlətin özünün bir-birindən fərqli prioritetləri, özünəməxsus milli maraqları var. Biz eyni dövlət, yaxud konfederasiya deyilik, iki müxtəlif dövlətik. Türkiyə Qərbin bir hissəsidir, NATO-nun üzvüdür. Azərbaycan isə Rusiyaya yaxın dövlətdir. Biz Qarabağı Rusiyanın işğal etdiyini, ermənilərin əsas müttəfiqinin Rusiya olduğunu bilsək də, axır zamanlara qədər Rusiyanın tərkibində olmuşuq. Bunu inkar etmək mümkün deyil. Ona görə də iki dövlət məsələsində ayıq olmaz lazımdır".
Rəsmi Bakı isə hesab edir ki, Qarabağ məsələsi Türkiyənin prioritetləri sırasında hər zaman olduğu kimi yenə də qalır, buna heç bir şübhə ola bilməz. XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev dedi ki, Türkiyə Azərbaycana strateji müttəfiq olan qardaş ölkədir: “Türkiyə hər zaman Azərbaycanın problemlərinə yaxından yanaşdığını bəyan edib və xüsusilə Ermənistan-Azərbaycan münaqişəsi və Ermənistanın işğalı məsələsində ədalətli mövqeyini əsirgəməyib”.